Pik saatı (film, 1998)

Pik saatı (ing. Rush Hour) — 1998-ci ildə Brett Ratner tərəfindən çəkilən ABŞ filmidir. Filmin distribütori New Line Cinema kompaniyasıdır. Filmin kostyum üzrə rəssamı Şeren Devisdir.

Pik saatı
ing. Rush Hour
JanrDöyüş filmi
Əsas mövzuLos Anceles Polis Departamenti
RejissorBrett Ratner
ProdüserlərRocer Birnbaum
Conatan Qlikmen
Artur M. Sarkissian
Leon Dudevoir
Cey Stern
Ueyn Morris
Ssenari müəllifləriRoss LaManna
Cim Kouf
Baş rollardaCeki Çan
Kris Taker
OperatorAdam Qrinberq
BəstəkarLalo Şifrin
RəssamlarRobb Vilson Kinq
Tomas Fikter
Şeren Devis
Lens Lombardo
MontajçıMark Helfriç
İstehsalçıRoger Birnbaum Productions
DistribütorNew Line Cinema, Netflix, Amazon Prime Video[d]
İlk baxış tarixi18 sentyabr 1998[1], 25 mart 1999[2], 27 yanvar 1999[3], 1998
Müddət98 dəqiqə
Büdcə$33 milyon
Gəlir$244,386,864 milyon
ÖlkələrABŞ ABŞ
Dilİngilis dili
İl1998
Sonrakı filmPik saatı 2
Rəngrəngli
Çəkiliş yeriKaliforniya
IMDbID0120812

Məzmun redaktə

Honq Konqun Britaniya hakimiyyəti altında qaldığı son illər. Müfəttiş Li mafiya başçısı Cuntaonun qarşısını almaq niyyətindədir. Cuntaonun adamı Senq qaçmağa nail olsa da, oğurladığı bir çox sərvətlər Müfəttiş Linin sayəsində hökumətə geri qaytarılır. Bu uğura görə Çin Konsulu Solon Han və Britaniya polislərinin müfəttişi Tomas Qriffin Lini təbrik edir. Solon Han ABŞ-də yeni diplomatik vəzifəsini yerinə yetirmək üçün Los-Anceles şəhərinə yola düşür, lakin bu müddətdə gözlənilmədən Cuntaoya işləyən Senqin sayəsində Hanın qızı Su Yunq ilk məktəb günü ərəfəsində girov götürülür.

Su Yunqu qaçıranlar Solon Handan böyük miqdarda pul tələb edirlər. Bu səbəbdən FTB bu mafiyanı tapmaq məqsədilə ən yaxşı polislər axtarmağa başlayır, lakin Han bu işin öhtəsindən yalnız peşəkar polisin yetirəcəyini bilərək dostu Müfəttiş Lini Honq Konqdan ABŞ-yə dəvət edir. Bu müddətdə isə FTB-də çalışan ən yaxşı polislərdən birini tapır. Həmin polis isə çox da peşəkar olmayan Ceyms Karterdir. Ceyms Karter Li ilə Beynəlxalq Los-Anceles Aeroportunda qarşılaşır. Bir müddət sonra iki polis birlikdə axtarışa başlayır. Bu zaman onlar arasında çoxlu macəralar baş verir.

Bu müddətdə konsulluq, banda heyətinin təklif etdiyi $50 milyon dollar pul ilə razılaşır. Bir müddət sonra Karter və Li Çin məhəlləsində yerləşən restoranların birində nahar edən zaman onlar banda heyətinin burada olduğunu bilərək, onlarla mübarizə aparırlar, lakin mafiya başçısı və dəstəsi buradan qaçmağa nail olurlar. FTB isə Karter ilə Lini, polis heyətinin işinə mane olduqlarına görə vəzifələrindən uzaqlaşdırırlar. Li ABŞ-ni tərk edən zaman onu yerinə yetirəcəyi vəzifəyə döndərmək üçün Karter Liyə israr edir və məqsədinə nail olur. Karter və Li düşünürlər ki, mafiya başçısı Cuntao Tomas Qriffindir və Solon Hanın qızını məhz o oğurlayıb.

Bir müddət sonra onlar Çin mədəniyyətinə aid nümunələr nümayiş etdirilən "Los Angeles Convention Center" adlı sərgiyə qonaq kimi dəvət edilirlər. Bu zaman Li sərgidə iştirak edən Tomas Qriffinə gözlənilmədən Cuntao adı ilə çağırır və Tomas Cuntao olduğunu bildirərək, onları Su Yunqun jiletinə bağlanılan bombanı partlatmaq ilə hədələyir. Atış zamanı Karter Su Yunqu tapır və kömək üçün Los-Anceles Polis Departamentində bomba üzrə mütəxəssis olan müfəttiş Tanya Consonu çağırır. Tanya bombanı zərərləşdirməyi bacarır və Su Yunqun jiletindən çıxarılır. Bu ərəfədə Karter və Senq arasında atışma baş verir. Mübarizənin sonunda atış əsnasında Karter Seni öldürməyə nail olur. Tomas Qriffin isə pullar olan çantanı götürərək binanı tərk etmək istəyir, lakin bu zaman Li ona mane olur. Çantadakı pullar bina zalına dağılır və Tomas fontanın üzərinə düşərək ölür. Li isə Karterin sayəsində qırmızı rəngdən ibarət olan bayrağın üzərinə düşür. Artıq Solon Hanın qızı Su Yunq onun yanına geri qaytarılmışdır. Konsulluq Karter və Lini dincəlmək üçün Honq Konqa göndərir.

Rollarda redaktə

Aktyor/aktrisaRolQeydlər
Ceki ÇanLimüfəttiş
Kris TakerCeyms Kartermüfəttiş
Tzi MaSolon Hankonsul
Tom UilkinsonTomas Qriffin/Cuntaomafiya bandasının başçısı
Elizabet PenyaTanya Consonpartladıcı üzrə mütəxəssis
Culiya HsuSu Yunqkonsulun qızı
Filip Beyker HollUilyam Dayelkapitan
Reks LinnDen VitniFTB agenti
Mark RolstonUorren RassFTB agenti
Ken LeunqSenqCuntaonun adamlarından biri
Kris PennKlayv Kod
Barri Şabaka HenliBobbi
Con HouksStaki

Qonorarlar redaktə

İstinadlar redaktə

  1. Freebase Data Dumps. Google.
  2. IMDb (ing.). 1990.
  3. http://jpbox-office.com/fichfilm.php?id=3064&view=6.
  4. Hər trilogiyada gəlir yığımını çıxmaq şərtilə Ceki Çanın honorarı Kris Takerə nisbətən 2 dəfə az olub.
  5. Kris Taker Arxivləşdirilib 2013-11-02 at the Wayback Machine Imdb.com saytında, Yoxlanılıb: 21 noyabr 2014