Odri Hepbern ekranda və səhnədə

Odri Hepbern (d 4 may 1929 – ö 20 yanvar 1993) — 1948–1993-cü illərdə olduqca geniş kino, televiziyasəhnə fəaliyyəti olmuş tanınmış Britaniya aktrisasıdır. O, müxtəlif rəylərdə bütün zamanların ən gözəl qadınlarından biri hesab edilir.[1][2] Aktrisa Amerika Film İnstitutunun AFI-nin kinoda yüzilliyin 100 ulduzu siyahısında Amerika kinosu tarixində ən böyük ekran əfsanəsi kimi üçüncü yerdə qərarlaşmışdır.[3] Hepbern, eyni zamanda, həm də kino və stil ikonası kimi xatırlanır.[4][5][6] Aktrisanın kinoda debüt işi 1948-ci ildə çəkilmiş "Yeddi dərs ərzində hollandlar" filmində uçuş üzrə stüardessa rolu oldu.[7] O zamanlar Hepbern Britaniya səhnəsində göstərilən "Böyük düyməli ayaqqabılar" müziklində (1948) və "Tartar sousu" tamaşasında (1949) xorda çıxış etmişdi. İki ildən sonra o, "Jiji" tamaşasında əsas qəhrəmanı ifa etməklə Brodveydə debütə imza atır. Odri Hepbernin Hollivudda ilk işi isə 1953-cü ildə Uilyam Uaylerin çəkdiyi "Roma tətilləri" filmində saraydan qaçmış şahzadə qız rolu oldu. Qreqori Peklə tərəf-müqabil kimi çəkilməsi aktrisanı bu sahədə ulduza çevirdi.[4][8][9][10] Bu filmdəki ifasına görə aktrisa "Ən yaxşı qadın roluna görə" nominasiyasında "Oskar", "Ən yaxşı Britaniyalı aktrisa" nominasiyasında BAFTA və "Dram filmində ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatlarına layiq görüldü.[11][12][13] Odri Hepbern 1954-cü ildə Billi Uaylderin "Sabrina" adlı romantik komediyasında Hamfri BoqartUilyam Holden kimi aktyorlarla tərəf-müqabil olaraq, məhəbbət üçbucağının mərkəzində olan sürücü qızını canlandırdı.[14][15] Elə həmin ildə Hepbern "Undina" tamaşasındakı ifasına görə "Səhnə əsərində ən yaxşı aktrisa" nominasiyasında "Toni" mükafatına layiq görüldü.[16][17]

A photograph of Hepburn as Princess Ann in the film Roman Holiday.
Odri Hepbern "Roma tətilləri" filmində şahzadə Anna rolunda (1953)

Aktrisanın kinoda növbəti qəhrəmanı 1956-cı ildə Lev Tolstoyun eyniadlı romanı əsasında çəkilmiş "Hərb və sülh" filmində Nataşa Rostova obrazı olur. 1957-ci ildə Hepbern, Qeri KuperMoris Şevalye ilə birlikdə rejissor Billi Uaylderin "Günortadan sonra məhəbbət", eləcə də Fred Asterlə birlikdə "Məzəli sima" filmlərində baş rolda çəkildi. İki ildən sonra aktrisa "Yaşıl məkanlar" romantik filmində yenidən ekranlarda göründü. Daha sonra isə "Rahibənin hekayəti" filmində rahibə Lük rolunu ifa etdi. 1961-ci ildə Hepbern "Tiffanidə səhər yeməyi" romantik komediya filmində yelbeyin qız Holli Qolaytli rolunda və aktrisa Şirli Makleynlə tərəf-müqabil olduğu Uilyam Uaylerin "Uşaqların saatı" dramında Karen Rayt obrazında çıxış etdi.[17][18] İki ildən sonra o, Keri Qrantla birlikdə "Şarada" romantik detektiv filmi ilə ekranlara gəlir. Bu rolların ardınca Odri Hepbern aktyor Uilyam Holdenlə birlikdə "Paris isti olanda" komediyasında Qabriell və "Mənim gözəl xanımım" musiqili filmində gülsatan qız Eliza rollarını ifa edir (hər ikisi: 1964).[17] 1967-ci ildə aktrisa "Qaranlığadək gözlə" trillerində öz evində narkotik alverçilərinin təhdidləri altında qalmış kor qadın rolunda çəkilir. Bu filmdə ifa etdiyi rola görə aktrisa Ən yaxşı qadın roluna görə Oskar mükafatına namizəd olub.[17][19] Doqquz ildən sonra rejissor Riçard Lester "Robin və Merian" filmini çəkir və həmin filmdə Robin Qud rolunu Şon Konneri, Merian rolunu isə Odri Hepbern ifa edir.

Odri Hepbernin kinoda sonuncu rolu Stiven Spilberqin "Həmişə" (1989) filmində epizodik mələk rolu oldu.[19] Son dəfə isə tamaşaçılar aktrisanı ekranda 1993-cü ildə "Odri Hepbernlə dünyanın bağçaları" (ing. Gardens of the World with Audrey Hepburn) silsilə televiziya sənədli filmlərində görə bildilər. Bu layihədəki iştirakına görə aktrisa ölümündən sonra "İnformasiya proqramında Ən Böyük Fərdi Nailiyyətə görə" Praym-Taym "Emmi" mükafatına layiq görülmüşdür.[10][20][21] Kinoda göstərdiyi fəaliyyətə və uğurlu karyerasına görə Odri Hepbern BAFTA-nın Xüsusi Mükafatına, "Qızıl Qlobus"un fəxri Sesil B. De Mill mükafatına, Kino sahəsinə verdiyi töhfələrə görə ABŞ Kinoaktyorlar Gildiyasının mükafatına"Toni" Xüsusi Mükafatına layiq görülmüşdür.[22][23][24][25]

Kinodakı rolları

redaktə
Odri Hepbern "Roma tətilləri" filmində (1953)
Odri Hepbern və tərəf-müqabili Uilyam Holden "Sabrina" filmində (1954)
Kino rollarının siyahısı
Filmin adıOrijinal adıİlRolQeydlərİstinadlar
Yeddi dərs ərzində hollandlarnid. Nederlands in Zeven Lessen1948Stüardessa[26]
Yabanı yulaf dənəsiing. One Wild Oat1951otel işçisi[26]
Gənc qadınların hekayələriing. Young Wives' Tale1951İv Lester[27]
Cənnətdə gülüşing. Laughter in Paradise1951Frielda[28]
Lavender Hill dəstəsiing. The Lavender Hill Mob1951Çikita[29]
Gizli adamlaring. Secret People1952Nora Brentano[30]
Monte Karlonun uşaqlarıing. Monte Carlo Baby1952Linda Farrell
Melissa Farrell (Fransa versiyasında)
Eyni zamanda həm ingilis, həm də fransız dilində olan film.
fr. Nous irons à Monte-Carlo
[31]
[32]
[33]
Roma tətilləriing. Roman Holiday1953Şahzadə Anna[34]
Sabrinaing. Sabrina1954Sabrina FeyrçayldBöyük Britaniyada: Sabrina Fair[35]
[36]
Hərb və sülhing. War and Peace1956Nataşa Rostova[37]
Günortadan sonra məhəbbəting. Love in the Afternoon1957Ariana Şavess[38]
Məzəli simaing. Funny Face1957Co Stokton[39]
Yaşıl məkanlaring. Green Mansions1959Rima[40]
Rahibənin hekayətiing. The Nun's Story1959Lük Bacı[17]
Bağışlanmamışing. The Unforgiven1960Reyçel Zaxariya[17]
Tiffanidə səhər yeməyiing. Breakfast at Tiffany's1961Holli Qolaytli[17]
Uşaqların saatıing. The Children's Hour1961Karen Rayt[17]
Şaradaing. Charade1963Recina Lempert[41]
Paris isti olandaing. Paris When It Sizzles1964Qabriell Simpson[42]
Mənim gözəl xanımıming. My Fair Lady1964Eliza Dulitl[17]
Milyonu necə oğurlamalıing. How to Steal a Million1966Nikol Bonne[17]
İki nəfər yoldaing. Two for the Road1967Coanna Volles[43]
Qaranlığadək gözləing. Wait Until Dark1967Süzi Hendriks[44]
Robin və Merianing. Robin and Marian1976Merian[45]
Qan xəttiing. Bloodline1979Elizabet Ruff[46]
Onların hər biri güldüing. They All Laughed1981Anjela Niotis[47]
Həmişəing. Always1989mələk[48]
Odri Hepbern və Mel Ferrer "Mayerlinq" (1957) televiziya tamaşasında
Televiziya işlərinin siyahısı
Proqramın adıOrijinal adıİlRolTelekanalQeydlərİstinadlar
Şənbə gecəsinin tamaşasıing. Saturday Night Revue1950NaməlumBBC Television Service3 tamaşa[49]
[50]
[51]
Şənbə gecəsi teatrıing. Sunday Night Theatre1951SeliyaBBC Television Service"Sakit kənd" tamaşası[52]
CBS Televiziya Emalatxanasıing. CBS Television Workshop1952Virciniya ForsaytCBS"Cənnətin kandarında yağışlı gün" tamaşası[53]
[54]
Prodüser meydançasıing. Producers' Showcase1957Mariya fon VeçeraNBC"Mayerlinq" tamaşası[55]
Sevgi dünyasıing. A World of Love1970ÖzüCBSXüsusi UNICEF buraxılışı[56]
Oğrular arasında məhəbbəting. Love Among Thieves1987Karolina Dü LakAmerican Broadcasting CompanyTeleviziya filmi[57]
[58]
Amerika ustalarıing. American Masters1988ÖzüPBS"Rejissoru Uilyam Uayler" bölümü
Sənədli film
[59]
Qreqori Pek: Onun şəxsi dünyasıing. Gregory Peck: His Own Man1988ÖzüCinemaxSənədli film[60]
Odri Hepbernlə dünyanın bağçaları ing. Gardens of the World with Audrey Hepburn1993ÖzüPBSSənədli silsilə[61]

Səhnə rolları

redaktə
Teatr rollarının siyahısı
Tamaşanın adıOrijinal adıİl(lər)RolTeatrQeydlərİstinadlar
Böyük düyməli ayaqqabılaring. High Button Shoes1948–49Xordakı qızLondon Hippodromu[62]
Tartar sousuing. Sauce Tartare1949Xordakı qızKembric Teatrı[17]
[63]
Pikuant sousuing. Sauce Piquante1950Dəvət olunmuş ifaçıKembric Teatrı[17]
Jijiing. Gigi1951JijiFulton Teatrı24 noyabr 1951 – 31 may 1952[64]
Undinaing. Ondine1954UndinaRiçard Rocers Teatrı
(46-cı küçə teatrı)
18 fevral 1954 – 3 iyul 1954[65]

İstinadlar

redaktə
  1. Corliss, Richard. "Audrey Hepburn: Still the Fairest Lady". Time. Time Inc. 20 January 2007. 11 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
  2. "Audrey Hepburn tops beauty poll". BBC. 31 May 2004. 20 July 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
  3. "AFI's 50 Greatest American Screen Legends". Amerika Film İnstitutu. 13 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
  4. 1 2 Billson, Anne. "Audrey Hepburn: a new kind of movie star". The Telegraph. Telegraph Media Group. 29 December 2014. 16 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  5. Cocozza, Paula. "Audrey Hepburn: Portraits of an Icon review – beautiful, but unrevealing". The Guardian. Guardian Media Group. 1 July 2015. 11 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
  6. Wilson, Bee. "The cult of Audrey Hepburn: how can anyone live up to that level of chic?". The Guardian. Guardian Media Group. 19 June 2015. 16 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2015.
  7. Woodward, 2012. səh. 54
  8. Woodward, 2012. səh. 139
  9. "Audrey Hepburn's Fashionable Life in Rome". Vanity Fair. Condé Nast. May 2013. 22 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  10. 1 2 Buchanan, Rose Troup. "Audrey Hepburn 85th birthday celebrated with Google Doodle". The Independent. Independent Print Limited. 4 May 2014. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  11. "The 26th Academy Awards". Academy of Motion Picture Arts and Sciences (AMPAS). 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  12. "Film in 1954". Britaniya Akademiya Film mükafatı (BAFTA). 2 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  13. "Audrey Hepburn". Hollywood Foreign Press Association. 8 July 2015 tarixində arxivləşdirilib.
  14. Gitlin, 2008. səh. 115
  15. Crowther, Bosley. "Sabrina (1954) Screen: 'Sabrina' Bows at Criterion; Billy Wilder Produces and Directs Comedy". The New York Times. Arthur Hays Sulzberger. 23 September 1954. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2015.
  16. Woodward, 2012. səh. 393
  17. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Gitlin, 2008. səh. 116
  18. Ryan, Pat. "Forever a Gamine at Tiffany's". The New York Times. Arthur Ochs Sulzberger, Jr. 14 March 2013. 17 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  19. 1 2 James, Caryn. "Audrey Hepburn, Actress, Is Dead at 63". The New York Times. Arthur Ochs Sulzberger, Jr. 21 January 1993. 26 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  20. "Awards Search". Academy of Television Arts & Sciences. 2015-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  21. "Gardens of the World With Audrey Hepburn". The New York Times. Arthur Ochs Sulzberger, Jr. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  22. "100 BAFTA Moments - Audrey Hepburn Receives the Special Award". Britaniya Akademiya Film mükafatı (BAFTA). 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  23. "Cecil B. DeMille Timeline". Hollywood Foreign Press Association. 8 July 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  24. "29th Life Achievement Recipient, 1992". Screen Actors Guild Awards. 24 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  25. "Audrey Hepburn". Playbill Vault. 8 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 July 2015.
  26. 1 2 Woodward, 2012. səh. 381
  27. "Young Wives' Tale (1951)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  28. Woodward, 2012. səh. 382
  29. Woodward, 2012. səh. 92, 382
  30. "The Secret People (1952)". Turner Classic Movies. 9 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  31. Spoto, 2007. səh. 43
  32. "Audrey Hepburn". British Film Institute. 1 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  33. G., O. A. "Monte Carlo Baby (1953) At the Palace". The New York Times. Arthur Hays Sulzberger. 29 May 1954. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  34. Woodward, 2012. səh. 124, 383
  35. "Sabrina (1954)". Turner Classic Movies. 14 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  36. Woodward, 2012. səh. 384
  37. "War and Peace (1956)". Turner Classic Movies. 23 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  38. "Love in the Afternoon (1957)". Turner Classic Movies. 12 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  39. "Funny Face (1957)". Turner Classic Movies. 10 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  40. Woodward, 2012. səh. 386–387
  41. Sherwin, Adam. "Hollywood Silences Leading Ladies as Speaking Roles for Women Slump". The Independent. Independent Print Limited. 15 May 2013. 16 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  42. "Paris When It Sizzles (1964)". Turner Classic Movies. 2 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  43. "Two for the Road (1967)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  44. "Wait Until Dark (1967)". Turner Classic Movies. 26 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  45. "Robin and Marian (1976)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  46. "Bloodline (1979)". Turner Classic Movies. 9 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  47. "They All Laughed (1981)". Turner Classic Movies. 10 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  48. Woodward, 2012. səh. 390–391
  49. "15 July 1950". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  50. "29 July 1950". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  51. "12 August 1950". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  52. "Hugh Williams and Joyce Redman in 'The Silent Village'". BBC. 24 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  53. "CBS Television Workshop, The: Rainy Day in Paradise Junction". Paley Center for Media. 11 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  54. Gitlin, 2008. səh. 39
  55. Woodward, 2012. səh. 201, 391
  56. Fearn-Banks, 2009. səh. 494
  57. Woodward, 2012. səh. 392
  58. "Love Among Thieves (1987)". Turner Classic Movies. 11 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  59. Woodward, 2012. səh. 391
  60. Molyneaux, 1995. səh. 247
  61. "Gardens of the World with Audrey Hepburn". TV Guide. 17 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2015.
  62. Woodward, 2012. səh. 63–64
  63. Woodward, 2012. səh. 67, 69
  64. "Gigi". Internet Broadway Database. 16 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2015.
  65. "Ondine". Internet Broadway Database. 1 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2015.

Ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə
🔥 Top keywords: