Oda — lirik şeir[1]musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı.

Qədim YunanıstandaRomada yaranmış (Pindar, Horatsi, Ovidi), klassizm dövründə Qərbi Avropada geniş yayılmışdı. M.B.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, K.F.Rıleyev, A.S.Puşkin və başqa rus şairləri vətəndaşlıq ruhlu odalar yazmışlar.

XIXXX əsrlər poeziyasında oda janr kimi tədricən aradan çıxmış, sovet şeirində ara-sıra işlənmişdir (V.Mayakovski və başqaları).

YaxınOrta Şərq, eləcə də Azərbaycan ədəbiyyatındakı qəsidə odaya yaxındır.

XVII əsrdən Qərbi Avropa ölkələrində saray şənlikləri, hər hansı təntənəli hadisənin, yaxud əyanın şərəfinə yazılmış vokal-instrumental əsər də oda adlanmışdır. İngiltərədə (H.Pörsell, G.Hendel), Almaniyada (İ.Bax, L.Bethoven) kantataya yaxın odalar yaranmışdır. Sonralar müxtəlif heyətlər, o cümlədən xalis instrumental heyət üçün odalar yazılmışdır (F.List, J.Bize, İ.Stravinski, S.Prokofyev və başqaları).

Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, R.Mustafayev, Emin Sabitoğlu və başqalrının odaları var.

Ədəbiyyat

redaktə
  • Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.324
  • Державин Г., Рассуждение о лирич. поэзии или об оде, Сочинения, т. 7, СПБ, 1872;
  • Гуковский Г., Из истории русской оды XVIII века, в кн.: Поэтика, т. 3, Л., 1927;
  • Тынянов Ю., Ода как ораторский жанр, в его кн.: Архаисты и новаторы, Л., 1929.

İstinadlar

redaktə
  1. Şəhla Nağıyeva. "Poeziya tərcüməsinin bəzi məsələləri: Azərbaycan və ingilis poeziyasında forma: qarşılıqlı tərcümə problemləri" (az.). translit.az. 2011. 2014-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-02.

Xarici keçidlər

redaktə
  • "1911 Encyclopedia Britannica: Ode". StudyLight.org (ingilis). studylight.org. İstifadə tarixi: 2014-11-02.
  • Ал.Морозов. "О́ДА". Краткая литературная энциклопедия (КЛЭ) (rus). feb-web.ru. İstifadə tarixi: 2014-11-02.