Norveç iqtisadiyyatı

Ölkə iqtisadiyyatı

Norveç iqtisadiyyatı strateji sahələrdə dövlət mülkiyyətinə malik inkişaf etmiş qarışıq iqtisadiyyatdır. Qlobal biznes sikllarına həssas olmasına baxmayaraq, Norveç iqtisadiyyatı sənaye dövrünün başlanğıcından etibarən möhkəm böyümə göstərmişdir. Ölkənin digər Avropa ölkələri ilə müqayisədə çox yüksək həyat səviyyəsi və güclü inteqrasiya edilmiş bir təminat sistemi var. Norveçin müasir istehsal və rifah sistemi təbii ehtiyatların, xüsusilə də Şimal dənizi neftinin istismarı nəticəsində yaranan maliyyə ehtiyatına güvənir.[4][5][6][7][8] Birləşmiş Millətlər Təşkilatının 2016-cı il məlumatlarına görə, Norveç Lüksemburq (kiçik dövlət) və İsveçrə ilə birlikdə dünyada adambaşına ÜDM 70.000 ABŞ dollarından yuxarı olan (kiçik ada dövlətləri və mikrodövlətləri çıxmaqla) yeganə üç ölkədir.[9]

Norveç iqtisadiyyatı
Statistika
ÜDM398.831.956.477,94 $[1]
Adambaşına düşən ÜDM75.704 $[2]
İnflyasiya (İQİ)3,5 ± 0,1 %[3]
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir.

İqtisadiyyatda dövlət sahibkarlığının rolu redaktə

Norveç dövləti təbii ehtiyatlarda və strateji neft sektoru (Equinor), su elektrik enerjisi istehsalı (Statkraft), alüminium istehsalı (Norsk Hydro), ən böyük Norveç bankı (DNB) və telekommunikasiya provayderi (Telenor) kimi strateji və cəmləşmiş sənaye sahələrində mülkiyyət mövqelərini qoruyur. . Hökumət Oslo birjasında açıq siyahıya alınmış şirkətlərin ümumi dəyərinin təxminən 35% -nə nəzarət edir, onun ən böyük yeddi şirkətinin beşi qismən dövlətə məxsusdur. Siyahıya alınmayan şirkətlər daxil olduqda, dövlətin sahiblikdə daha çox payı var (əsasən neft lisenziyası sahibliyindən). Norveçin dövlət müəssisələri kənd təsərrüfatına aid olmayan məşğulluğun 9,6% -ni təşkil edir, azsaylı dövlət mülkiyyət payına sahib şirkətlər daxil olduqda, demək olar ki, 13% -ə yüksəlir, ki bu rəqəm OECD ölkələri arasında ən yüksəkdir.[10] İstər dövlət, istərsə də siyahıya alınmayan firmalar, bazarda idarə olunan və yüksək liberallaşdırılmış bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərirlər. Norveçin açıq bazar iqtisadiyyatında dövlətə nisbətən yüksək dərəcələrin birləşməsi dövlət kapitalizmin bir forması kimi təsvir edilmişdir.[11]

İqtisadi göstəricilər redaktə

Aşağıdakı cədvəl 1980-2017-ci illərdəki əsas iqtisadi göstəriciləri verir. 2%-in altındakı inflyasiya rəqəmləri yaşıl rənglə verilmişdir.[12]

İlÜDM
(AQP milrd. $ ilə)
Adambaşına düşən ÜDM
(AQP $ ilə)
ÜDM artımı
(real)
İnflyasiya dərəcəsi
(faizlə)
İşsizlik
(faizlə)
Hökumət borcu
(ÜDM içərisindəki nisbəti (%))
198061.314,9684.5 % 10.9 %1.7 %46.7 %
198168.016,5681.6 % 13.6 % 2.0 % 42.5 %
198272.417,5710.2 % 11.3 % 2.6 % 37.7 %
198378.318,9364.0 % 8.5 % 3.4 % 34.7 %
198486.020,7376.1 % 6.2 % 3.1 % 34.5 %
198593.722,5175.6 % 5.7 % 2.6 % 36.2 %
198699.423,8144.0 % 7.2 % 2.0 % 45.1 %
1987103.724,7071.8 % 8.7 % 2.1 % 37.7 %
1988107.125,370−0.3 % 6.7 % 3.1 % 31.8 %
1989112.426,5521.0 % 4.5 % 4.9 % 31.7 %
1990118.827,9561.9 % 4.1 % 5.2 % 28.4 %
1991126.629,6103.1 % 3.4 % 5.5 % 38.4 %
1992134.131,1833.6 % 2.3 % 5.9 % 44.1 %
1993141.232,6392.8 % 2.3 %5.9 % 52.6 %
1994151.534,8295.1 %1.4 % 5.4 % 49.6 %
1995161.036,8504.2 % 2.5 % 4.9 % 32.1 %
1996172.239,2055.0 %1.3 % 4.8 % 27.8 %
1997184.441,7885.3 % 2.6 % 4.0 % 25.2 %
1998191.343,0842.6 % 2.5 % 3.2 % 22.9 %
1999198.244,2972.0 % 2.4 %3.2 % 24.3 %
2000209.246,4713.2 % 3.1 % 3.4 % 28.1 %
2001218.348,3222.1 % 3.0 % 3.5 % 26.7 %
2002224.949,4641.4 %1.3 % 3.9 % 33.5 %
2003231.550,6290.9 % 2.5 % 4.5 % 42.7 %
2004247.353,7714.0 %0.4 %4.5 % 43.5 %
2005262.056,5582.6 %1.5 % 4.6 % 42.0 %
2006276.559,1802.4 % 2.3 % 3.4 % 53.3 %
2007292.361,9093.0 %0.7 % 2.5 % 49.2 %
2008299.562,5600.5 %0.5 % 2.6 % 47.2 %
2009296.661,257−1.7 % 2.2 % 3.2 % 41.9 %
2010302.361,6020.7 % 2.4 % 3.6 % 42.3 %
2011311.662,6561.0 %1.3 % 3.3 % 28.8 %
2012326.064,7002.7 %1.7 % 3.2 % 30.2 %
2013334.665,6731.0 % 2.1 % 3.5 % 30.4 %
2014347.467,3772.0 %2.0 %3.5 % 28.8 %
2015358.168,7962.0 % 2.2 % 4.4 % 33.1 %
2016366.669,8071.1 % 3.6 % 4.8 % 36.7 %
2017380.071,8311.8 %1.9 % 4.2 %36.7 %


İqtisadi struktur və davamlı inkişaf redaktə

Norveçin neft ixrac edən bir ölkə olaraq ortaya çıxmağı Norveç iqtisadi siyasəti baxımından bir sıra problemləri gündəmə gətirmişdir. Norveçin insan kapitalı investisiyalarının böyük hissəsinin neftlə əlaqəli iş sahələrində cəmləşdiyinə dair narahatçılıqlar yaranmaqdadır. Kritiklər Norveçin iqtisadi quruluşunun hər tərəfli işçiyə ehtiyac duymayan təbi mənbələrə bağlı olduğunu, iqtisadi artımın bu təbii sərvətlər üçün tələb və qiymətlə dalğalanmalarına qarşı olduqca müdafiəsiz qaldığına diqqət çəkir. Norveç Dövlət Pensiya Fondu neft gəlirlərindən asıllılığa qarşı qorunma yaratmaq üçün yaradılan səylərdən sadəcə biridir.

1970-ci illərdən bəri neftin parlamasıyla birlikdə İsveç və əsas da Finlandiya kimi digər Skandinaviya ölkələrinin əksinə, özəl sektorda yeni sənayelərin inkişaf etdirilməsinə və təşviqinin yaradılmasına dəstək olmaq üçün çox az hökumət dəstəyi edilmişdir. Ancaq, son on il beynəlxalq rəqabət edə biləcək yeni əsaslı sənayelərin yaranmasının təşviqi üçün ölkə ve yerli idarə səviyyələrində bəzi təşviqlər nəzərə çarpır. Üstün texnoloji sənayeyə əlavə olaraq, gələcəkdə məşğullar mənbəi olaraq xırda bizneslərin böyüməsini təşviq etməyə yönələn bir maraq da var. 2006-cı ildə Norveç hökuməti iş böyüməsini asanlaşdırmaq üçün doqquz "mütəxəssislik mərkəzi" qurmuşdur. Daha sonra iyun 2007-də hökumət Norveçdəki xərçəng araşdırmalarının 80%-nin Osloya yaxın yerlərdə olduğuna və Norveçin biotexnoloji şirkətlərinin çoxusuna yaxın olduğu faktına əsaslanaraq, Oslo Xəsrçəng Toplanmasının bir ixtisaslaşmış mərkəz olaraq ortaya çıxmasına kömək etmişdir.

İstinadlar redaktə

  1. World Bank Open Data. Dünya Bankı.
  2. World Bank Open Data. Dünya Bankı.
  3. http://www.imf.org/external/datamapper/PCPIEPCH@WEO?year=2016.
  4. The economic effects of north sea oil on the manufacturing sector Arxivləşdirilib 2 fevral 2014 at the Wayback Machine Hilde Christiane Bjørnland
  5. Overview of the Norwegian oil and gas sector Arxivləşdirilib 23 may 2013 at the Wayback Machine Embassy of Denmark, Oslo
  6. "Archived copy" (PDF). 20 iyun 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2012.
  7. The Oil Industry and Government Strategy in the North Sea Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine Øystein Noreng
  8. "The rich cousin". The Economist. 1 fevral 2013. 1 fevral 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2013.
  9. "United Nations Statistics Division - National Accounts". unstats.un.org. 5 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2018.
  10. Korin Kane. "The Size and Sectoral Distribution of State-Owned Enterprises" (PDF). OECD.ORG. September 17, 2018. May 26, 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: October 3, 2019.
  11. "Norway - Marketisation of Government Services State-Owned Enterprises" (PDF). OECD.ORG. 2003. August 18, 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: October 3, 2019.
  12. "Report for Selected Countries and Subjects". www.imf.org (ingilis). 2019-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-15.