Mərkəzi Avropa Beynəlxalq Kuboku

(Mərkəzi Avropa Göre Kuboku səhifəsindən istiqamətləndirilmişdir)

Mərkəzi Avropa Göre Kuboku - Mərkəzi Avropa ölkələri üçün təsis edilmiş beynəlxalq kubok.

Tarixi

redaktə

Avstriya futbol federasiyasının və onun sədri İosif Görenin təşəbbüsü ilə 1927-ci ildə Mərkəzi Avropa ölkələri üçün təsis edilmişdir.

Bu yarışlarda Avstriya, Macarıstan, İtaliya, Çexoslovakiya, habelə İsveçrənin yığma komandaları iştirak etmişlər. 1955-ci ildə onlara Yuqoslaviyanın da yığma komandası qoşulmuşdur.

Kuboka 1953-cü ildən etibarən mərhum İosif Görenin adı verilmişdir. Yarışlar üç ildən bir dəfə keçirilirdi. Komandalar bir-biri ilə iki dəfə qarşılaşırdılar. Mərkəzi Avropanın ilk mükafatçısı İtaliya komandası olmuşdur.

UEFA Avropa Kubokunun yaranması ilə əlaqədar olaraq, Göre kuboku uğrunda yarışlar dayandırılmış və ləğv edilmişdir. Son turda Çexoslovakiya futbolçuları qalib gəlmiş və bu fəxri mükafata əbədi sahib olmuşlar.

Nəticələri

redaktə

I turnir (1927-1930)

redaktə
YerKomanda
1İtaliya
2Avstriya
3Çexoslovakiya
4Macarıstan
5İsveçrə

II turnir (1931-1932)

redaktə
YerKomanda
1Avstriya
2İtaliya
3Macarıstan
4Çexoslovakiya
5İsveçrə

III turnir (1933-1936)

redaktə
YerKomanda
1İtaliya
2Avstriya
3Macarıstan
4Çexoslovakiya
5İsveçrə

IV turnir (1936-1938)

redaktə

IV turnir 1938-ci ildə müharibə ilə əlaqədar olaraq yarımçıq dayandırılmışdır.

YerKomandaOyun
1Macarıstan7
2İtaliya4
3Çexoslovakiya7
4Avstriya6
5İsveçrə8

V turnir (1948-1953)

redaktə
YerKomanda
1Macarıstan
2Avstriya
3Çexoslovakiya
4İtaliya
5İsveçrə

VI turnir (1955-1958)

redaktə
YerKomanda
1Çexoslovakiya
2Macarıstan
3Avstriya
4Yuqoslaviya
5İtaliya
6İsveçrə