Məmiş Abdullayev

Məmiş Abdullayev Şahbaz oğluSovet İttifaqı Qəhrəmanı (24.03.1945)

MƏMİŞ ABDULLAYEV
Məmiş Abdullayev Şahbaz oğlu
Doğum tarixi
Doğum yeriSSRİ SSRİ, Azərbaycan SSR, Kürdəmir, Muradxan kəndi
Vəfat tarixi
Vəfat yeri
  • bilinmir
FəaliyyətiSovet İttifaqı Qəhrəmanı
MükafatlarıSovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni

Həyatı

redaktə

Məmiş Abdullayev Şahbaz oğlu 1923-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmış, orta məktəbi qurtardıqdan sonra 1943-cü ilin iyununda hərbi qulluğa getmiş və I Belarus cəbhəsində hərbi əməliyyatlar aparan 48-ci ordu tərkibində olan 339-cu atıcı alayda pulemyotçu olmuşdur.

Serjant Məmiş Abdullayev 1944-cu ilin sentyabrının əvvəlində Polşa ərazisində düşmənə qarşı aparılan döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş və döyüşən hərbi hissənin hücumunu təmin etmişdir. Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 24 martında verilmişdir[1].

İstinadlar

redaktə
  1. "Абдуллаев Мамиш Шахбас оглы". 2012-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.

Xarici keçidlər

redaktə