Məhərrəm Dadaşov

Dadaşov Məhərrəm (tam adı: Dadaşov Məhərrəm Əkbər oğlu; 15 fevral 1912, Salyan, Cavad qəzası17 sentyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı.[1]

Dadaşov Məhərrəm
Dadaşov Məhərrəm Əkbər oğlu
Doğum tarixi15 fevral 1912(1912-02-15)
Doğum yeri
Vəfat tarixi17 sentyabr 1944(1944-09-17) (32 yaşında)
Dəfn yeri
VətəndaşlığıRusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
AtasıDadaşov Əkbər
Milliyyətiazərbaycanlı
Fəaliyyətihərbi qulluqçu
Partiyası
MükafatlarıSovet İttifaqı Qəhrəmanı "Lenin" ordeni

Həyatı

redaktə

1912-ci ildə Salyan rayonunun Beştalı kəndində anadan olmuşdur. 1941-ci ildə xidmətə traktorçu peşəsindən çağırılmışdır.233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində olmuşdur. 1942-ci ilin oktyabrından 1943-cü ilin yanvarınadək 223-cü atıcı diviziyanın tərkibində döyüşmüşdür.[2] Rumıniyanın Vasluy şəhəri ətrəfında 1944-cü ilin avqustunda aparılan döyüşdə fərqlənmişdir. Onun conrakı döyüşləri Çexoslovakiyada olmuşdur.Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir. Bu döyüşdə yaralanan M. Dadaşov tankını idarə etməkdə davam etmiş və tankın atəş nəqtələrinin mərmiləri qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirmişdir.Cəsur tankçı M. Dadaşov aldığı yaralardan sentyabrın 17-də hospitalda dünyasını dəyişmişdir.Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 24 martında verilmişdir.

Mənbə

redaktə

9 may.az. Qəhrəmanlar. Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Дадашев Магеррам Акпер оглы". 2012-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
  2. CBC TV. "Победа у нас в крови. Магеррам Дадашев" (rus). Youtube.com. 18.11.2020. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19.