Mədəniyyət TV

Azərbaycanın dövlət kanalı

Mədəniyyət Televiziyası — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən kanal. Kanal 14 fevral 2011-ci il, saat 20:30-da yayıma başlamışdır. "Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də ekskluziv yayım hüququna malikdir.

Mədəniyyət TV
Loqonun şəkli
ÖlkəAzərbaycan Azərbaycan
Yayım ərazisiAzerspace-1 peykinin əhatə dairəsi
DilAzərbaycan dili
Baş qərargahMehdi Hüseyn küçəsi 1, Bakı, Azərbaycan
Yaranma tarixi14 fevral 2011 (20:30)
SahibiAzərbaycan dövləti
RəhbərlikDilarə Səlim[1]
ŞüarBizi birləşdirən Mədəniyyət kanalı
Qardaş kanallarAzTV
İdman TV
Radio Respublika
Saytwww.medeniyyettv.az

6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir.

14 fevral 2018-ci tarixindən 24 saatlıq yayım rejiminə başlamışdır.

31 may 2021-ci ildən etibarən Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başlayıb.

Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilidi.

28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.

Kanalın köhnə loqosu (2011–2019-cu illər)

Rəhbərlik redaktə

Baş direktorlar redaktə

  • Mədəniyyət kanalının baş direktoru – Dilarə Səlim
  • 19.10.2021 direktor vəzifəsinə Ülviyyə Könül təyin edilib.
  • 10.01.2024-cü il tarixində Dilarə Səlim direktor vəzifəsinə təyin edilib.[2]

Direktor müavinləri redaktə

  • Direktor müavini — Riad Quliyev
  • Direktor müavini — Bəhruz Niftəliyev
  • Direktor müavini - Lamiyyə Ələkbərova

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.
  2. ""Mədəniyyət" telekanalına yeni direktor təyin edilib". Oxu.Az (az.). 2024-01-10. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.