Müqəddəs tərcüməçilər kilsəsi (Qağartsi)

Müqəddəs tərcüməçilər kilsəsiXocavənd rayonunun Qağartsi kəndində yerləşən tarix-memarlıq abidəsi.

Müqəddəs tərcüməçilər kilsəsi
Xəritə
39°48′54″ şm. e. 46°56′29″ ş. u.
Ölkə Azərbaycan
ŞəhərXocavənd rayonu
YerləşirQağartsi kəndi
AidiyyatıErməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyası
Vəziyyətixarabalıqları qalır
Müqəddəs tərcüməçilər kilsəsi (Azərbaycan)
Müqəddəs tərcüməçilər kilsəsi

Tarixi

redaktə

Kilsə XIX əsrin II yarısında inşa edilmişdir. XX əsrin əvvəllərində bu kilsədəki həyat ağacından hazırlanmış relikvariyada qədim gümüş xaç və şəkilli İncil əlyazması saxlanılırdı. Kitabənin qeydiyyat yerində xəbər verilir ki, o, yazar Hovannes tərəfindən köçürülmüşdür.[1]

Memarlıq xüsusiyyətləri

redaktə

Üçnefli bazilika quruluşuna malik olan kilsə, planda düzbucaqlı formasına malikdir. Kilsənin ölçüləri 18,75x12,60 metrə bərabərdir.[1] Divarların hörgüsündə kobud yonulmuş daşlardan istifadə edilmişdir.

İkitərəfli damla örtülmüş tağtavan yan divarlar və tağların əlaqələndirici sütunları üzərində dayanır. Apsida, pəncərə və qapı çərçivələrinin hazırlanmasında yaxşı yonulmuş daşlardan istifadə olunmuşdur.[1]

İstinadlar

redaktə
  1. 1 2 3 Mkrtçyan, 1989. səh. 129

Ədəbiyyat

redaktə
  • Mkrtçyan Ş. M.[hy], Историко-архитектурные памятники Нагорного Карабаха, İrəvan, 1989