Leonardo Araujo

Leonardo Araujo və ya sadəcə Leonardo kimi tanınan Leonardo Nascimento de Araujo (5 sentyabr 1969[1][2]) — braziliyalı futbol məşqçisi, icraçı direktor və keçmiş futbolçudur.

Leonardo Araujo
Ümumi məlumatlar
Doğum tarixi5 sentyabr 1969(1969-09-05)[1][2] (54 yaş)
Vətəndaşlığı
Boyu178 sm
Çəkisi74 kq
Mövqeyiyarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hal-hazırda Fransanın "Paris Sen-Jermen" klubunun idman direktoru vəzifəsində çalışır.

Karyerası redaktə

Çox tərəfli oyunçu olan Leonardo karyerası boyunca bir neçə mövqedə, o cümlədən hücumameyilli yarımmüdafiəçi, sol cinah yarımüdafiəçisi və sol cinah müdafiəçisi kimi oynayıb. Onun ən tanınmış və ən uğurlu dövrü "Milan" klubunda, hücumçuların arxasında hücumameyilli yarımmüdafiəçi (və ya trekvartista) kimi oynadığı zamanda olub. Braziliya, İspaniya, Yaponiya, Fransa və İtaliya klublarında oynayıb.

"Flamenqo", "San Paulu", "Kashima Antlers" və "Milan" klubları ilə titullar qazanıb.

Braziliya millisinin 1994-cü ildə Dünya Kubokunun qalibi olan və 1998-ci il Dünya Çempionatında ikinci yeri tutan heyətində yer alıb. O, eyni zamanda milli komanda ilə iki Amerika Kuboku turnirində iştirak edib.

Futbolçu karyerasını bitirdikdən sonra, Leonardo həm də İtaliyanın "Milan" və "İnter Milan" komandalarında məşqçi kimi çalışıb. 2011–2013-cü illərdə o, keçmiş klubu "PSJ"nin idman direktoru olub. Sonra 2017-ci ildə Türkiyənin "Antalyaspor" klubunu çalışdırıb, 2018-ci ildə idman direktoru kimi "Milan"a qayıdıb.

2019-cu ildə Leonardo yenidən "PSJ"nin idman direktoru təyin edilir.

Karyera statistikası redaktə

Klub redaktə

MövsümKlubLiqaLiqaKubokBeynəlxalqDigərToplam
OyunQolOyunQolOyunQolOyunQolOyunQol
1987FlamengoSérie A180------180
1988180--30220430
19891608010201451
1990--43--210253
1990San PauluSérie A220------220
1991221------221
1991–92ValensiyaLa Liga364103----467
1992–933434020--403
1993San PauluSérie A123--5210185
1994----112392410
1994Kashima AntlersJ1 League9710----107
1995281731----3118
1996126105----2211
1996–97Paris Sen-JermenDivision 13272093--4310
1997–9820--10--30
1997–98MilanSerie A27351----324
1998–99271220----2912
1999–002041151--266
2000–012235251--326
2001San PauluSérie A130----50180
2002FlamengoSérie A----106171
2002–03MilanA Seriyası1042----52
Cəmi3717059183389811561107
  • Digər – Dövlət Liqası, Qitələrarası Kubok, Copa Mercosur və Torneio Rio – San Paulo

Beynəlxalq redaktə

[3]

Braziliya millisi
ilOyunQol
199020
199130
1992--
199320
199490
199572
199630
1997174
199880
199921
2000--
200120
Ümumi557

Uğurları redaktə

Oyunçu kimi redaktə

Flamenqo

San Paulu

Kashima Antlers

  • J1 Liqası: 1996

Milan

Braziliya

Fərdi

Məşqçi kimi redaktə

İnter Milan

İstinadlar redaktə

  1. 1 2 Leonardo // Transfermarkt (çd.). 2000.
  2. 1 2 LEONARDO nascimento de araujo // Argentine Soccer Database (isp.).
  3. Leonardo Araujo National-Football-Teams.com'da

Xarici keçidlər redaktə