Kolbeyn Siqtorsson

Kolbeyn Siqtorsson (isl. Kolbeinn Sigþórsson; 14 mart 1990[1][2], Reykyavik) — İslandiyalı futbolçu, Fransanın "Nant" klubunun və İslandiya yığmasının hücumçusu. İslandiya yığması tarixində Eydur Qudyonsendən sonra ikinci ən məhsuldar futbolçu.

Kolbeyn Siqtorsson
isl. Kolbeinn Sigþórsson
Ümumi məlumatlar
Tam adıKolbeinn Sigþórsson
Doğum tarixi14 mart 1990(1990-03-14)[1][2] (34 yaş)
Doğum yeriReykyavik, İslandiya
Vətəndaşlığı İslandiya
Boyu1.86 m[3]
Çəkisi84 kq
MövqeyiHücumçu
Klub haqqında məlumat
KlubFransa Nant
Nömrəsi9
Karyerası
Gənclik karyerası
1996—2006İslandiya Vikinqur
2006—2007İslandiya Koupavoqs
2007—2010Niderland AZ Alkmaar
Klub karyerası[* 1]
2006İslandiya Koupavoqs5 (1)
2011—2011Niderland AZ Alkmaar32 (15)
2011—2015Niderland Ayaks80 (31)
2015Niderland Yonq Ayaks1 (0)
2015—Fransa Nant26 (3)
Milli yığma[* 2]
2006—2007İslandiya İslandiya (17 yaşlılar)12 (7)
2009İslandiya İslandiya (19 yaşlılar)2 (0)
2007—2011İslandiya İslandiya (21 yaşlılar)16 (4)
2010—İslandiya İslandiya44 (22)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası redaktə

Kolbeyn futbolçu karyerasına yerli "Vikinqur" klubunda başlayıb. 2003-cü ildə, 13 yaşında olarkən "Koupavoqs" komandasına keçib, 2006-cı ildə bu klubun heyətində debüt edib.[4][5] O klubda beş oyun keçirib və bir qol vurub. Tezliklə o, avropa nəhənglərindən sayılan "Real Madrid" və "Arsenal"ın diqqət mərkəzinə düşüb, sonuncu ilə iki dəfə danışıqlar aparılsada, yekunda Niderlandın "AZ Alkmaar" klubuna keçməyi üstün tutub.[4][6]

2007-ci ildə o, Niderland komandasına keçdi, ancaq əsas komandanın heyətində yalnız 2010-cu ildə oynamağa başladı (qabaqca ona aldığı ardıcıl zədələr mane olurdu). 5 avqust 2010-cu ildə Avropa Liqasında "Göteborq"la oynanılan görüşdə klubun heyətində debüt edib.[7] İlk qolunu 29 avqust 2010-cu ildə Niderland birinciliyi çərçivəsində Rotterdamın "Ekselsior" klubunun qapısına vurub.[8] 29 yanvar 2011-ci ildə "VVV-Venlo"ya qarşı oynanılan görüşün ilk hissəsində het-trik etmiş Kolbeyn, ikinci hissədə rəqib qapısından daha iki qol keçirərək bir oyunda beş top vurmuşdur.[9][10] Vacib oyunlarda qollar vurduğundan, "AZ Alkmaar" Kolbeynə yaxşı müqavilə şərtləri təklif edərək onu komandada saxlamağa çalışırdı, lakin futbolçu bundan imtina edirdi. Kolbeyni Dortmund "Borussiya"sı, "Nyukasl Yunayted" və Amsterdam "Ayaks"ı izləyirdi. Yekunda o "Ayaks"ı seçdi. Əvvəlcə o, klubda çıxış etməyə razı idi, lakin keçid yalnız qiymətdəki fikir ayrılığı üzündən ləngidi (əvvəlki qiyməti iki milyon avro idi).[11]

4 iyul 2011-ci İldə klublar Kolbeynin keçidi ilə bağlı razılığa gəliblər. "Ayaks" Kolbeynə görə "AZ Alkmaar"a 4 milyon yarım avro vəsait ödəyib.[12] Kolbeyn müsahibəsində, Dennis BerqkampFrank de Burun klubunda oynamağı arzu edirdim deyib.[13] "Brondbü" ilə oynanılan yoldaşlıq görüşünün 38-ci dəqiqəsində klubun heyətində ilk qolunu vurub.[14] Rəsmi oyundakı ilk qolunu isə, 30 iyul 2011-ci ildə, Niderland superkuboku uğrunda oynanılan görüşdə "Tvente" komandasının qapısına vurub, bu qola baxmayaraq klubu 1:2 hesabı ilə məğlub olub.[15] Kolbeyn Niderland çempionatında ilk qolunu, 14 avqust 2011-ci ildə, Amsterdam Arenada "Heerenveen" klubuna qarşı oynanılan görüşdə vurub, bu görüşdə "Ayaks" rəqibini 5:1 hesabı ilə məğlub edib.[16] Bir həftə sonra "VVV Venlo" komandasına qarşı keçirilmiş oyunda bir daha fərqlənib. "Vitess" ilə oynanılan görüşdə isə dubl edərək 4 oyunda 4 qol vurmuş olub.[17][18]

2 iyul 2015-ci ildə 3 milyon yarım avro qarşılığında "Ayaks"dan Fransanın "Nant" klubuna transfer edilmişdir.[19][20]

Milli komanda karyerası redaktə

2010-cu ildən yığmada çıxış edir. İlk oyununu 21 mart 2010-cu ildə yoldaşlıq oyunu çərçivəsində Farer adaları yığmasına qarşı keçirmişdir. 2010-cu ildən etibarən hər il yığmada qol vurub. İslandiya yığması tarixində Eydur Qudyonsendən sonra ikinci ən məhsuldar futbolçudur.

Milli komandada vurduğu qollar redaktə

3 iyul 2016 tarixində yenilənib[21]
TarixYerRəqibHesabNəticəYarış
121 Mart 2010Koupavoqyur, İslandiya  Farer adaları2–02–0Yoldaşlıq oyunu
229 May 2010Reykyavik, İslandiya  Andorra4–04–0
317 Noyabr 2010Tel-Əviv, İsrail  İsrail2–32–3
46 Sentyabr 2011Reykyavik, İslandiya  Kipr1–01–0UEFA Avropa Kuboku 2012 seçmə mərhələ
527 May 2012Valensiyen, Fransa  Fransa2–02–3Yoldaşlıq oyunu
630 May 2012Göteborq, İsveç  İsveç1–22–3
715 Avqust 2012Reykyavik, İslandiya  Farer adaları1–02–0
82–0
914 Avqust 20131–01–0
106 Sentyabr 2013Bern, İsveçrə   İsveçrə2–44–4FİFA Dünya Kuboku 2014 seçmə mərhələ
1110 Sentyabr 2013Reykyavik, İslandiya  Albaniya2–12–1
1211 Oktyabr 2013  Kipr1–02–0
1315 Oktyabr 2013Oslo, Norveç  Norveç1–01–1
1430 May 2014İnsbruk, Avstriya  Avstriya1–11–1Yoldaşlıq oyunu
154 İyun 2014Reykyavik, İslandiya  Estoniya1–01–0
169 Sentyabr 2014  Türkiyə3–03–0UEFA Avropa Kuboku 2016 seçmə mərhələ
1712 İyun 2015  Çexiya2–12–1
1810 Oktyabr 2015  Latviya1–02–2
1929 Mart 2016Pirey, Yunanıstan  Yunanıstan3–23–2Yoldaşlıq oyunu
206 İyun 2016Reykyavik, İslandiya  Lixtenşteyn1–04–0
2127 İyun 2016Nitsa, Fransa  İngiltərə2–12–1Avropa Kuboku 2016
223 İyul 2016Paris, Fransa  Fransa1–42–5

Karyera statistikası redaktə

Klub redaktə

23 may 2016 tarixində yenilənib[22]
Klub çıxışıLiqaKubokBeynəlxalqDigərCəmi
MövsümKlubLiqaOyunQolOyunQolOyunQolOyunQolOyunQol
İslandiyaLiqaİslandiya KubokuAvropaDigərCəmi
2006Koupavoqs1. deild karla5100000051
NiderlandLiqaKNVB KubokuAvropaDigərCəmi
2010–11AZ Alkmaar FKErediviziya32152093004318
2011–12Ayaks147002010177
2012–13157222010209
2013–1430104170114212
2014–15217004010267
FransaLiqaFransa KubokuAvropaDigərCəmi
2015–16NantLiqa 1263310000294
Cəmiİslandiya5100000051
Niderland11246832434114853
Fransa263310000294
Karyera cəmi143501142434118258
Əvəzedici heyət
Klub çıxışıLiqaCəmi
SeasonClubLeagueOyunQolOyunQol
NiderlandLiqaCəmi
2014–15Yonq AyaksEerste Diviziya1010
CəmiNiderland1010
Karyera cəmi1010

Milli komanda redaktə

3 iyul 2016 tarixində yenilənib[23]
Milli KomandaİlOyunQol
İslandiya milli komandası
201053
201131
201234
201395
201473
201582
201694
Cəmi4422

Mükafatları redaktə

Klub redaktə

Ayaks[24]

İstinadlar redaktə

  1. 1 2 Kolbeinn Sigthórsson // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Kolbeinn Sigthorsson // As (isp.). Madrid: Grupo Prisa, 1967. ISSN 1888-6671
  3. "Arxivlənmiş surət". 2016-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-03.
  4. 1 2 "Sky Sports Scout – Kolbeinn Sigthorsson". Sky Sports. 2011-02-11. 2014-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
  5. "Kolbeinn Sigþórsson". KSÍ. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.
  6. "Kolbeinn Sigthorsson happy he chose AZ over Arsenal". tribalfootball.com. 2010-10-07. 2012-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
  7. "IFK Göteborg vs. AZ". Soccerway. 2010-08-05. 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
  8. "AZ vs. Excelsior". Soccerway. 2010-08-29. 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
  9. "IJslander Sigthórsson schittert tegen armzalig VVV" (Dutch). Voetbal International. 2011-01-29. 2011-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-26.
  10. Berend Scholten. "Sigthórsson writes his name into AZ folklore". Uefa.com. 2011-02-02. 2012-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-26.
  11. "Ajax biedt AZ twee miljoen euro voor Sigthórsson" (Dutch). Voetbal International. 2011-05-03. 2012-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-26.
  12. "Ajax contracteert Sigþórsson" (Dutch). Ajax.nl. 2011-07-04. 2011-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-26.
  13. "Sigthórsson: 'Droom om met Bergkamp te werken'" (Dutch). Voetbal International. 2011-07-04. 2012-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-26.
  14. "Ajax steamrolls past Brøndby IF". Ajax.nl. 2011-07-20. 2012-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
  15. "Twente vs. Ajax". Soccerway. 2011-07-30. 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
  16. "Ajax vs. Heerenveen". Soccerway. 2011-08-14. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
  17. "VVV vs. Ajax". Soccerway. 2011-08-21. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
  18. "Ajax vs. Vitesse". Soccerway. 2011-05-26. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
  19. "Nantes presenteert Kolbeinn Sigthorsson". Telegraaf. 2015-07-02. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-03.
  20. "Kolbeinn Sigthorsson est Nantais !" (fransız). fcnantes.com. 2015-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2.7.2015. (#apostrophe_markup)
  21. "Kolbeinn Sigþórsson". İslandiya Futbol Assosiasiyası (Icelandic). 22 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2016.
  22. "K. Sigþórsson – Profile". Soccerway. 2021-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-04.
  23. Kolbeinn Sigþórsson National-Football-Teams.com'da
  24. "Kolbeinn Sigþórsson – Career Honours". Soccerway. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-04.

Xarici keçidlər redaktə