Kərim Baqiri

Kərim Baqiri — İran futbolçusu

Kərim Baqiri
Ümumi məlumatlar
Doğum tarixi20 fevral 1974(1974-02-20)[1] (50 yaş)
Doğum yeri
Vətəndaşlığıİran İran
Boyu186 sm
Mövqeyiyarımmüdafiəçi
Klub haqqında məlumat
Klubİran Persepolis
Vəzifəsibaş məşqçinin köməkçisi
Karyerası
Klub karyerası[* 1]
1992—1994İran Traktor Sazi28 (2)
1994—1996İran Keşavarz65 (11)
1996—1997İran Persepolis20 (4)
1997—2000Almaniya Arminiya Bilefeld51 (6)
2000İran Persepolis0 (0)
2000  Birləşmiş Ərəb Əmirlikləri Əl-Nəsr8 (4)
2000—2001İngiltərə Çarlton Atletik1 (0)
2001—2002Qətər Əl-Sədd11 (5)
2002—2010İran Persepolis178 (29)
1992—2010Cəmi362 (61)
Milli yığma[* 2]
1993—2010İran İran87 (50)
Məşqçisi olduğu klublar
2012—h.h.İran Persepolis

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Kərim Baqiri 1974-cü il fevral ayının 20-də Təbriz şəhərində anadan olub. İranın dünyada ən tanınmış və adlı-sanlı futbolçularındandır. Ona "İranın Erik Kantonası" ləqəbi verilib.

Peşəkar futbolçu karyerasına 16 yaşında Təbrizin Traktor Sazi klubunda başlayıb. Az sonra İranın gənclərdən ibarət milli yığma komandasının, daha sonra isə milli yığma komandasının heyətinə cəlb edilib. 1996-cı il avqustun 1-də Tehranın Əkinçi ("Keşavarz") komandası ilə müqavilə imzalayıb. Çox keçməmiş Tehranın İran çempionatında çıxış edən 2 güclü klubundan biri - Persepolisə transfer olunub. O, həmçinin Almaniyanın "Arminiya", İngiltərənin "Çarlton" , Qətərin "Əl-Sədd" və BƏƏ-nin "Əl-Nəsr" klublarında çıxış edib. 1993-cü ildən çıxış etdiyi İran milli yığmasında karyerasını 2010-cu il oktyabrın 7-də Braziliya ilə yoldaşlıq görüşündə başa vurub.

İstinadlar redaktə