Kənan Müzəffərli

Kənan Müzəffərli (tam adı: Kənan Azər oğlu Müzəffərli; 22 dekabr 1995, Gədəbəy rayonu Çalburun kəndi – 27 oktyabr 2020, Zəngilan rayonu)Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Kənan Müzəffərli
Kənan Azər oğlu Müzəffərli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGədəbəy rayonu Çalburun kəndi
Vəfat tarixi (24 yaşında)
Vəfat yeriZəngilan rayonu
Vəfat səbəbiŞəhid
Dəfn yeriGədəbəy rayonu, Çalburun kəndi
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2017-2018,2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Zəngilanın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı redaktə

Müzəffərli Kənan Azər oğlu 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 15 sentyabr 2002–2013 illərdə Çalburun kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına daxil olub. 2017-ci ildə Universiteti bitirdidən sonra 2017–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. 15 sentyabr 2019-cu ildən Gədəbəy rayonun Dəyəqarabulaq kənd tam orta məktəbində müəllim kimi çalışıb. 23 dekabr 2019-cu il bələdiyyə seçkilərindən sonra Miskinli kənd bələdiyyəsinin sədr müavini kimi çalışıb. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

Təltifləri redaktə

İstinadlar redaktə

  • https://oxu.az/war/446895 (#bare_url_missing_title).
  • https://president.az/articles/49098 (#bare_url_missing_title).
  • https://president.az/articles/49511 (#bare_url_missing_title).