ICESCO

(ISESCO səhifəsindən istiqamətləndirilmişdir)

ICESCO  (ing.)IslamiC World Educational, Scientific and Cultural Organization — İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) — İslam Əməkdaşlığı Təşkilatı nəzdində İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan, üzv ölklələri arasında əlaqələrinin daha da möhkəm olmasına xidmət edən xüsusi təşkilatdır. Təşkilatın Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikdir.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı
ICESCO
ing. ICESCO - Islamic World Educational, Scientific and Cultural Organization
ərəb. منظمة العالم الإسلامي للتربية والعلوم والثقافة
Loqonun şəkli
Yaranma tariximay 1979
Mərkəzi
Baş direktoruSalim bin Məhəmməd Əl-Malik
icesco.org/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan dövləti ICESCO ilə yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir.

ICESCO-nun qərargahı. Mərakeş, Rabat

Ə.Səid: "Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı elan olunması Azərbaycanın dinamik inkişafının təzahürüdür.

Tarixi redaktə

25–28 yanvar 1981-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının Məkkeyi-Mükərrəmə şəhərində keçirilən Üçüncü İslam Zirvəsi Konfransında İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində dünyadakı İslam qurumlarının birgə fəaliyyəti məqsədilə "İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı" adlı yeni beynəlxalq İslam təşkilatının təsis edilməsi qərara alındı.

29–30 yanvar 2020-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutan qırxıncı iclasında təşkilatın İcra Şurası 30 yanvar 2020-ci il tarixində təşkilatın adını dəyişərək "İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı" kimi təsdiqlədi.

ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik təşkilatın adının dəyişdirilməsinin qeyri-təbliği vəzifələrinin təbiəti ilə bağlı yayılmış qarışıqlığı aradan qaldırması və beynəlxalq səviyyədə iştirakı üçün daha geniş üfüqlər açmağı hədəflədiyini, yeni adın təşkilatın təhsil, elm, mədəniyyət və ünsiyyətdəki fəaliyyət sahələrində təbliğ etdiyi mədəni missiyanın təbiətini və reallaşdırmağa çalışdığı məqsəd və hədəflərini dəqiq şəkildə ifadə etməsini söylədi.

Hədəfləri redaktə

  1. Üzv dövlətlər arasında təhsil, elm, mədəniyyət və rabitə sahələrində əməkdaşlığın gücləndirilməsi, təşviqi və dərinləşdirilməsi, İslam dünyasının mədəni istinadgahları çərçivəsində, İslami bəşəri dəyərlər və örnəklər işığında bu sahələrin təşviqi və inkişafı;
  2. Üzv ölkələr və onun xaricindəki xalqlar arasında anlaşmanın gücləndirilməsi, müxtəlif vasitələrlə, xüsusilə təhsil, elm və mədəniyyət vasitəsilə dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə töhfə vermək;
  3. İslamın və İslam mədəniyyətinin düzgün simasını təqdim etmək, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqu təşviq etmək, ədalət və sülh mədəniyyəti dəyərlərini, azadlıq və insan hüquqları prinsiplərini İslam mədəniyyəti perspektivinə uyğun yayılmasına səy göstərmək;
  4. Mədəni şəxsiyyəti və intellektual müstəqilliyi qorumaqla üzv dövlətlərdə mədəni qarşılıqlı əlaqələri təşviq etmək və müxtəlifliyinin təzahürlərini dəstəkləmək;
  5. İslam Əməkdaşlıq Təşkilatının təhsil, elm, mədəniyyət və rabitə sahəsindəki ixtisaslaşmış qurumları ilə ICESCO-ya üzv dövlətlər arasında inteqrasiya və koordinasiyanı gücləndirmək, üzv dövlətlərin daxilində və xaricində ortaq maraqlara bənzər dövlət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq və tərəfdaşlığı gücləndirmək;
  6. İslam mədəniyyətinə diqqət göstərmək, intellektual və elmi tədqiqatlarda, tədris proqramlarında onun xüsusiyyətlərini və özəlliklərini açıb göstərmək;
  7. Üzv dövlətlərdə təhsil sistemləri arasında inteqrasiya və qarşılıqlı əlaqələr üzərində işlər görmək;
  8. ICESCO-ya üzv olmayan ölkələrdəki müsəlmanlar üçün təhsil, elm və mədəniyyət müəssisələrinin fəaliyyətinə dəstək olmaq.

Nizamnaməsi redaktə

ICESCO-nun ilkin nizamnaməsi 1982-ci ildə Mərakeşin Fəs şəhərində keçirilən təsis konfransı tərəfindən təsdiqlənmişdir. 1986-cı ildə Rabat şəhərində keçirilən fövqəladə baş konfrans tərəfindən, 1991-ci ildə Rabat şəhərində keçirilən dördüncü baş konfrans tərəfindən, 1994-cü ildə Dəməşq şəhərində keçirilən beşinci baş konfrans tərəfindən, 1997-ci ildə Ər-Riyad şəhərində keçirilən altıncı baş konfrans tərəfindən, habelə, 2006-cı ildə Rabat şəhərində ICESCO-nun daimi qərargahında keçirilən doqquzuncu baş konfrans tərəfindən, 2009-cu ildə Tunis şəhərində keçirilən onuncu baş konfrans tərəfindən, 2012-ci ildə Ər-Riyad şəhərində keçirilən on birinci baş konfrans tərəfindən, 2015-ci ildə Bakı şəhərində keçirilən on ikinci baş konfrans tərəfindən, 2018-ci ildə Rabat şəhərində keçirilən on üçüncü baş konfrans tərəfindən və 2020-ci ildə Əbu Dabi şəhərində qırxıncı sessiyasını keçirilən İcraiyyə Şurasının tərəfindən dəyişikliklər edilmişdir.

Baş direktorları redaktə

  1. Dr. Salim bin Məhəmməd Əl-Malik - May, 2019 - hal-hazıradək;
  2. Dr. Əbdüləziz bin Osman Ət-Tüveycri - Noyabr, 1991 - May, 2019;
  3. Dr. Əbdülhadi Butalib - May, 1982 - Noyabr, 1991.

ICESCO-ya üzv olan dövlətlər redaktə

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Nizamnaməsində bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan hər bir dövlət ICESCO-ya üzv olmaq üçün nizamnaməni rəsmi olaraq imzaladıqdan, üzv olma qərarı üçün qanuni prosedurları tamamladıqdan və bu barədə onun Baş İdarəsinə yazılı xəbərdarlıq etdikdən sonra ICESCO-ya üzv olur. İslam Əməkdaşlığı Təşkilatında üzv və müşahidəçi olmayan digər dövlətlərin ICESCO-ya üzv olma hüququ yoxdur. Bu günədək İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 dövlətdən 54-ü ICESCO-nun üzvüdür. Aşağıdakı cədvəldə həmin dövlətlər əlifba sırası və üzv olma tarixləri ilə göstərilir:

ÖlkəRəsmi adıÜzv olma tarixi
1 AzərbaycanAzərbaycan Respublikası1991
2 BƏƏBirləşmiş Ərəb Əmirlikləri1983
3 BanqladeşBanqladeş Xalq Respublikası1982
4 BəhreynBəhreyn Krallığı1982
5 CibutiCibuti Respublikası1982
6 ÇadÇad Respublikası1982
7 BeninBenin Respublikası1988
8 BruneyBruney Sülh Dövləti1985
9 Burkina-FasoBurkina-Faso1982
10 ƏlcəzairƏlcəzair Xalq Demokratik Respublikası2000
11 ƏfqanıstanƏfqanıstan İslam Respublikası2003
12 İordaniyaİordaniya Haşimilər Krallığı1982
13 Fələstin DövlətiFələstin Dövləti1982
14 İraqİraq Respublikası1982
15 İranİran İslam Respublikası1992
16 İndoneziyaİndoneziya Respublikası1986
17 KamerunKamerun Respublikası2001
18 Komor adalarıKomor Adaları İttifaqı1982
19 Kot-d'İvuarFil Dişi Sahili Respublikası2001
20 KüveytKüveyt Dövləti1982
21 QabonQabon Respublikası1982
22 QambiyaQambiya Respublikası1982
23 QayanaQayana Kooperativ Respublikası2014
24 QazaxıstanQazaxıstan Respublikası1996
25 QətərQətər Dövləti1982
26 QırğızıstanQırğızıstan Respublikası1996
27 QvineyaQvineya Respbulikası1982
28 Qvineya-BisauQvineya-Bisau Respublikası1984
29 ÖzbəkistanÖzbəkistan Respublikası2017
30 LivanLivan Respublikası2002
31 LiviyaLiviya Dövləti1984
32 MalayziyaMalayziya1982
33 Maldiv adalarıMaldiv Respublikası1982
34 MaliMali Respublikası1982
35 MavritaniyaMavritaniya İslam Respublikası1982
36 MərakeşMərakeş Krallığı1982
37 MisirMisir Ərəb Respublikası1984
38 NigerNiger Respublikası1982
39 NigeriyaNigeriya Federativ Respublikası2001
40 OmanOman Səltənəti1982
41 PakistanPakistan İslam Respublikası1982
42 Səudiyyə ƏrəbistanıSəudiyyə Ərəbistanı Krallığı1982
43 SeneqalSeneqal Respublikası1982
44 SudanSudan Respublikası1982
45 SomaliSomali Federativ Respublikası1982
46 SurinamSurinam Respublikası1996
47 SuriyaSuriya Ərəb Respublikası1982
48 Syerra-LeoneSyerra-Leone Respublikası1984
49 TacikistanTacikistan Respublikası1993
50 ToqoToqo Respublikası2002
51 TürkiyəTürkiyə Respublikası2017
52 TunisTunis Respublikası1982
53 UqandaUqanda Respublikası2012
54 YəmənYəmən Respublikası1983

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə