Honkonq qripi

Honkonq qripi (yaxud 1968-ci il qrip pandemiyası) — 1968-1969-cu illərdə baş qaldıran və dünya üzrə 1 milyona yaxın insanın ölümü ilə nəticələnən qrip pandemiyası.[1][2][3] Bu qrip Influenza A virusunun H3N2 ştamı tərəfindən yaranır. Bu ştam antigen dəyişikliyi yolu ilə H2N2 ştamından törəmişdir. İlk dəfə Honkonqda aşkar edildiyi üçün pandemiyaya da məhz bu şəhərin adı verilmişdir.

Kliniki məlumat redaktə

Bu qripin simptomları 4-5 gün, bəzi simptomlar isə 2 həftəyədək davam edir. Pandemiyanın baş verdiyi 1968-1969-cu illərdə əsasən 65 yaşdan yuxarı şəxslər bu xəstəlikdən vəfat edirdilər.

Virusologiya redaktə

Honkonq qripini törədən qrip virusları (təxminən 100 min dəfə böyüdülüb)

1968-ci ildə virusa qarşı vaksin xəstəliyin ABŞ-da pik həddə çatmasından bir ay sonra yaradılmışdır.

Həm H2N2, həm də H3N2 pandemik qrip ştamları quş qripi viruslarının genlərini daşıyır. Yeni alt növlər quş və insan qripi virusları ilə yoluxmuş donuzlarda yaranmış və tezliklə insanlara keçmişdir.[4]

İstinadlar redaktə

Ədəbiyyat redaktə

  • Blakely, Debra E., Mass Mediated Disease: A Case Study Analysis of Three Flu Pandemics and Public Health Policy, Lanham: Lexington Books, 2006, 148–196, ISBN 0-7391-1387-9 (#redundant_parameters).

Xarici keçidlər redaktə