Fransa iqtisadiyyatı

Fransa iqtisadiyyatı öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinə" daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-nin 5%-ni və dünya ticarətinin 6%ni formalaşdırır. Fransa unitar döv­lətdir və onun büdcə sistemi yalnız iki hissədən iba­rətdir: dövlət büdcəsi və yerli büdcələr. Ölkədə büdcə sisteminin vahidliyi yoxdur. Bütün büdcələr formal şəkildə ayrılmışlar. Hər bir inzibati vahidin büdcəsi onun icraiyyə hakimiyyət orqanı tərəfindən təsdiq olunur. Fransanın maliyyə sisteminə dövlət (mərkəzi) və yerli büdcələrdən başqa, həmçinin büd­cə­dən­kənar fondlar və dövlət müəssisələrinin maliyyələri daxildir.

Fransa iqtisadiyyatı
ValyutaAvro
Sabit məzənnə dəyəri1 Avro = 100 avrosent
Büdcə iliTəqvim ili
Ticarət təşkilatlarıAvropa İttifaqı, Avrozona, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı
Statistika
ÜDM$2,856 trln doll. (2017)
Adambaşına düşən ÜDM$44 100 (2017)
Sektorlarına görə ÜDMKənd təsərrüfatı (1,7 %) Sənaye (19,6 %) Xidmət (78,8 %)
İnflyasiya (İQİ)1,2 % (2017)
Yoxsulluq həddindən aşağı olan əhali14,2 % (2015)
Cini indeksi29,3 (2016)
İnsan İnkişafı İndeksi0,888
İşçi qüvvəsi30,68 mln
İşsizlik səviyyəsi9,4 % (2017)
Orta aylıq gəlir€2957 / $3321,46 (iyun 2017)
Xarici ticarət
İxrac$549,9 milyard (2017)
İxrac məhsullarımaşınlar, təyyarələr, plastmas, kimyəvi reaktivlər, dərmanlar, dəmir, polad
İxrac tərəfdaşları

Almaniya (14,8 %)İspaniya (7,7 %)İtaliya (7,5 %)Amerika Birləşmiş Ştatları (7,2 %)Belçika (7 %)

Birləşmiş Krallıq (6,7 %)
İdxal$601,7 mlrd (2017)
Cari hesab$14,83 mlrd (2017)
Xarici borc$5,36 trln (2017)
Dövlət maliyyəsi
İctimai borcÜDM-nin 96,8 %-i
Gəlirlər$1,392 trln (2017)
Xərclər$1,459 trln (2017)
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir.

Dünya miqyasında Fransanın ən iri birjası Matif Paris birjası hesab edilir. Bu birjada aparılan əməliyyatlar içərisində ən çox xüsusi çəkini dövlət istiqrazları tutur. Fransa ÜDM-ə görə avrozonada böyüklüyünə görə ikinci böyük iqtisadiyyatdır. Fransada işsizliyin səviyyəsi 2012-ci ilin birinci rübündə 0,2 faiz bəndi yüksələrək, 10 faizə çatmışdır.[1]

Fransanın kredit-maliyyə sisteminin fəaliyyəti 1984-cü ilin qanunu ilə tənzimlənir. O, üç səviyyədən ibarətdir: mər­kəzi bank (Fransa Bankı); kommersiya bankları; ixtisaslaşmış kredit-maliy­yə müəssisələri; investisiya, ipo­teka, xarici ticarət bank­la­rı, sığorta və maliyyə şirkətləri, pensiya fond­ları və başqa­la­rı. 39 fransız şirkəti dünyanın ən böyük 500 şirkəti arasında sıralanıb. Yeyinti sənayesi (Danone), moda, lüks və kosmetika (Luis Vuitton, Yves Seynt-Loren, Çanel, Dior, L'Oréal), avtomobil və təkər istehsalı (Pejo, Sitroyen, Reno, Mişelin) və aviasiya (Eyrbas, Dassault) sənayesinə daxil olan şirkətlər məşhurdur.

Tarixi redaktə

Birinci dünya müharibəsində qələbə qazanan Antanta blokunun üzvlərindən biri də Fransa idi. Bu qələbə Fransa üçün çox baha başa gəlmişdi. Müharibədə 1,4 milyon insan həlak olmuş, 750 min nəfər insan şikəst qalmışdı. Rəsmi mənbələrə görə maddi itkilərin həcmi 200 milyard franka çatmışdı. Müharibə illərində 10 minə yaxın müəssisə dağıdılmış və ya zədələnmiş, 200 şaxta yandırılmışdı. 900 min yaşayış binası tamamilə dağıdılmış və ya tamamilə yararsız vəziyyətə salınmışdı. Müharibə kənd təsərrüfatına da ağır zərbə vurmuşdu. İki milyon hektara qədər torpaq sahəsində müdafiə xəndəkləri qazılmış, top mərmisi və ya mina çuxurları əmələ gəlmişdi. 1919-cu ildə kənd təsərrüfatı məhsullarının həcmi müharibədən əvvəlkinin 2/3 hissəsi qədər idi. Ölkənin maliyyə sistemi də ağır vəziyyətə düşmüşdü. Maliyyə cəhətdən ABŞ və Böyük Britaniyadan asılı vəziyyət yaranmışdı. Büdcə çatışmamazlığı 27 milyard frank təşkil edirdi. Frankın məzənnə qiymətinin aşağı düşməsi nəticəsində çoxişlənən malların qiyməti 2-3 dəfə artmışdı. Fransa meydana çıxan problemləri həll etmək üçün ümidlərini Birinci dünya müharibəsi dövründə Rusiyaya verilmiş borcları geri almağa, Almaniyanın ödəyəcəyi təzminata bağlayırdılar.

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə