Fransa 10-0 Azərbaycan

Fransa-Azərbaycan futbol qarşılaşması və ya Azərbaycan KİV-də tanınan adı ilə Oser faciəsi[1][2] – 6 sentyabr 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində baş tutmuş və Fransanın 10:0-lıq qələbəsi ilə nəticələnən qarşılaşma. Oyun Azərbaycan futbol tarixinə Azərbaycan millisinin ən böyükhesablı məğlubiyyəti kimi düşmüşdür.[1] 18 noyabr 2023-cü ildə Fransanın Cəbəllüttariqə 14:0 hesabı ilə qalib gəldiyi oyuna qədər Fransa millisinin ən böyükhesablı qələbəsi olmuşdur.[3]

Fransa 10-0 Azərbaycan
TurnirFutbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsi
Ətraflı
Tarix6 sentyabr 1995
YerAbbe-Deşam stadionu, Oser
HakimMalta Alfred Mikallef
Tamaşaçı13.479

Oyun öncəsi

redaktə
KomandaOQBMQ+Q-T-FX
 Rumıniya8530156+918
 Polşa8332138+512
 Fransa725071+611
 Slovakiya83231015−511
 İsrail8233111109
 Azərbaycan7007217−150

Oyun Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu üzrə keçirilirdi. Bu, FransaAzərbaycanın qrupda keçirəcəyi 8-ci oyun olacaqdı. Azərbaycan millisi turnirə qatılmaq şansını artıq itirdiyi halda, Fransa hələ də turnirə vəsiqə uğrunda mübarizə aparırdı. Oyundan öncə Fransanın ən böyükhesablı qələbəsi 8:0 idi və bu komandalar üzərində əldə edilmişdi: Lüksemburq (20 aprel 1913), Lüksemburq (17 dekabr 1953)[4]İslandiya (2 iyun 1957).[5] Azərbaycan isə bu oyuna qədər ən böyükhesablı məğlubiyyətini 19 aprel 1994-cü ildə yoldaşlıq oyununda Maltadan (0:5) almışdı.[6]

Oyunun detalları

redaktə
Fransa  10–0  Azərbaycan
Dösayi  13'
Corkaeff  17'77'
Qeren  32'
Pedros  48'
Löböf  53'74'
Düqarri  66'
Zidan  71'
Kokar  90'
(Ətraflı) 49' Getman
Tamaşaçı: 13.479
Hakim: Alfred Mikallef ( Malta)
Fransa
Azərbaycan
GK1Bernar Lama
RB2Joslen Anqloma 57'
LB3Bişente Lizarazu
CB4Marsel Dösayi  13'
CB5Frank Löböf  53'74'
AM6Yuri Corkaeff  17'77'
DM7Didye Deşam
CM8Vensan Qeren  32'
FW9Kristof Düqarri  66' 69'
AM10Zinəddin Zidan  71'
AM11Renald Pedros  48' 65'
Ehtiyat oyunçular:
LB12Erik Di Meko
DF13Lilian Türam 57'
FW14David Jinola 65'
MF15Kristof Kokar 69'  90'
GK16Brüno Martini
Məşqçi:
Eme Jake
GK1Elxan Həsənov 36'
DF2Arif Əsədov
DF3İqor Getman 49'
DF4Tərlan Əhmədov
DF5Emin Ağayev
DM6Rasim Abuşev
FW7Yunis Hüseynov
MF8Şahin Diniyev
MF9Vladislav Qədirov 74'
MF10Mahmud Qurbanov 46'
MF11Vyaçeslav Lıçkin
Ehtiyat oyunçular:
MF17Bəxtiyar Musayev
FW13Fazil Parvarov
FW14Müşfiq Hüseynov 74'
FW15Samir Ələkbərov 46'
GK16Nizamı Sadıqov 36'
Məşqçi:
Ağasəlim Mircavadov

Oyundan sonra

redaktə
KomandaOQBMQ+Q-T-FX
 Rumıniya8530156+918
 Fransa8350171+1614
 Polşa8332138+512
 Slovakiya83231015−511
 İsrail8233111109
 Azərbaycan8008227−250

Oyundan sonra Fransa millisi xallarının sayını 14-ə çatdırmış və Polşanı qabaqlayaraq 2-ci sıraya yerləşmişdir. Azərbaycan millisi 0 xalda qalaraq ardıcıl 8 məğlubiyyətlə sonuncu yerdə qalmışdır.

Baş məşqçi Ağasəlim Mircavadov məğlubiyyətdən dərhal sonra öz postundan istefa vermişdir. Daha sonra o, məğlubiyyətin səbəbləri kimi legioner futbolçuların gələ bilməməsi, hazırlığın çox aşağı olmasını, rəqibin çox güclü olmasını göstərmişdir.[7]

2016-cı ildə pastemagazine.com saytı "Millilərin top-10 böyükhesablı məğlubiyyəti" siyahısına Oser faciəsini də daxil etmişdir.[8]

İstinadlar

redaktə
  1. 1 2 "Mililimiz üçün "qara tarix"lər: "Oser faciəsi" və digər darmadağınlar - LAYİHƏ". SportNet (az.). 19 mart 2017. 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
  2. Orxan İsmayilov. "BİR FRANSIZIN 53 İLLİK FUTBOL HEKAYƏSİ". Offside (az.). 6 oktyabr 2015. 2017-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
  3. "France defeat Gibraltar 14-0 for record win in European Championship qualifying". France24 (ingiliscə). 18 noyabr 2023. 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2023.
  4. "Match - France - Luxembourg". FFF (fransızca). 2018-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.
  5. "Match - France - Islande". FFF (fransızca). 2018-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.
  6. "Millinin bütün oyunları". AFFA (az.). 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.
  7. ""Oser faciəsi" - Mircavadov Fransaya 0:10 hesablı məğlubiyyətdən danışır..." SportLife (az.). 11 iyul 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2020.
  8. ""Oser faciəsi" "onluq"da". Milli.az (az.). 11 may 2016. 6 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.

Xarici keçidlər

redaktə