Firudin Şamoyev

Firuddin Şamoyev (7 fevral 1962, Qazax13 aprel 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]

Firuddin Şamoyev
Firuddin İsa oğlu Şamoyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQazax, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (30 yaşında)
Vəfat yeriQuşçu Ayrım, Qazax rayonu, Azərbaycan
Vəfat səbəbişəhid
Dəfn yeriQazax şəhəri, Şəhidlər Xiyabanı
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüQuru qoşunları
Xidmət illəri1991-1992
Rütbəsiəsgər
DöyüşlərQarabağ müharibəsi
Təltifləri"Qızıl Ulduz" medalı

Həyatı

redaktə

Firudin Şamoyev 7 fevral 1962-ci ildə Qazax şəhərində, kürd mənşəli ailədə[2] anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra Təmir Tikinti İdarəsində çilingər işləməyə başlamışdır. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı.

Döyüşlərdə iştirakı

redaktə

"N" saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.[1]

Ailəsi

redaktə

Ailəli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[1][1]

Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.[1]

Qazax şəhərindəki 4 nömrəli məktəb Firudin Şamoyevin adını daşıyır.

Ədəbiyyat

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).
  2. Qərib, Ramiz. "Kürd xalqı hər zaman öz sözünü demişdir". Diplomat (az.). 26 (1). fevral 2006. səh. 4.

Ədəbiyyat siyahısı

redaktə
  • Seyidzadə, M. Şamoyev Firudin İsa oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.211.
  • Şamoyev Firudin İsa oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.M.Həmidova.-Bakı, 2008.- S.193.