Faiq Əmirov

Əmirov Faiq İsfəndiyar oğluMart hadisələri zamanı vəfat edən şəhid.

Faiq Əmirov
Faiq İsfəndiyar oğlu Əmirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBəhmədli, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriBakı, Azərbaycan
Vəfat səbəbişəhid
Dəfn yeriBəhmədli Zaqatala rayonu
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüQuru qoşunları
Xidmət illəri1993-1995
RütbəsiƏsgər
DöyüşlərQarabağ müharibəsi
Təltifləri"Qızıl Ulduz" medalı

Həyatı

redaktə

22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində doğulmuşdur. 1992-ci ildə doğma kəndində orta məktəbi bitirmişdir. 1993-cü ildə orduya çağırılmışdır. O, Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 17 mart 1995-ci ildə Mart hadisələrinin qarşısının alınmasında Faiqin xidmət etdiyi batalyon iştirak etmişdir. Burada Faiq qəhrəmancasına həlak olmuşdur.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bəhmədli kənd qəbristanlığında dəfn edilib.

Zaqatala şəhərindəki geniş və abad küçələrdən biri onun adını daşıyır.

Ədəbiyyat

redaktə