Fərid əl-Ətrəş

Fərid əl-Ətrəş (ərəb. فريد الأطرش‎; 18 oktyabr 1910[1][2][…] və ya 19 oktyabr 1910[3], Süveyda26 dekabr 1974[4], Beyrut) — Misir bəstəkarı, müğənni, virtuoz ud ifaçısı və aktyor. XX əsr ərəb musiqisinin görkəmli nümayəndələrindən biridir. Suriyadan Misirə köçmüş druz ailəsində doğulmuşdur. Uşaq yaşlarından anasından ud çalmağı öyrənmişdir. Misir Konservatoriyasında təhsil almış, Misir radiosunda musiqiçi kimi çalışmışdır, Yaradıcılığının ən mükəmməl dövrü 1930–1974 illərə təsadüf edir. Ərəb xalq musiqisindən bəhrələnmiş, müxtəlif janrlarda (məhəbbət, vətənpərvərlik, dini) mahnılar bəstələmişdir. Əsərl ərində Qərb musiqisinin də təsiri hiss olunur. Məşhur mahnıları: "Bahar", "Xəyalımın nuru", "Pıçıltı", "Sevgi tarixçəsi" və s. 30-dan artıq filmə musiqi bəstələmişdir: "Gənclik arzuları" (1943), "Cənab bülbül" (1946), "Yalnız səni sevirəm" (1949), "Ölməz melodiya" (1952), "Ürəyimin təranəsi" (1954), "Sev­gi sahili" (1961), "Naməlum qadından məktub" (1963), "Böyük məhəbbət". Bir çox filmlərdə aktyor kimi çəkilmişdir. "Xəyalımın nuru" mahnısını Azərbaycan müğənnilərinin də (Sara Qədimova, Firuzə İbadova) ifasında uğurla səslənmişdir.[5]

Fərid əl-Ətrəş
ərəb. فريد الأطرش
Ümumi məlumatlar
Doğum adıفريد فهد فرحان إسماعيل الأطرش
Doğum tarixi18 oktyabr 1910(1910-10-18)[1][2][…] və ya 19 oktyabr 1910(1910-10-19)[3]
Doğum yeri
Vəfat tarixi26 dekabr 1974(1974-12-26)[4] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbiürək-damar xəstəliyi[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni-mahnı yazarı, film bəstəkarı, kino aktyoru, film prodüseri, ud ifaçısı[d], aktyor
Fəaliyyət illəri1930–1974
JanrƏrəb musiqisi[d]
Musiqi alətləriud, piano
farid-el-atrache.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar redaktə

  1. 1 2 https://english.ahram.org.eg/NewsContent/5/33/285957/Arts--Culture/Music/Remembering-Farid-AlAtrash-Star-of-the-musical-fil.aspx.
  2. 1 2 https://www.egypttoday.com/Article/4/38017/Remembering-the-legendary-Syrian-singer-Farid-El-Atrash.
  3. 1 2 https://doodles.google/doodle/farid-al-atrashs-110th-birthday/.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. Fərid əl-Ətrəş // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.

Xarici keçidlər redaktə