Eyforiya (teleserial, 2019)

Eyforiya (ing. "Euphoria") — Sem Levinson tərəfindən HBO üçün yaradılmış amerikan yeniyetmə drama serialı, Ron Leşem və Dafna Levinin yaratdığı eyniadlı İsrail serialından əsaslanmışdır. Serialın baş qəhrəmanı Ru Bennet (Zendaya) narkomaniya ilə mübarizə aparır.

Eyforiya
ing. Euphoria
Loqonun şəkli
Janryeniyetmə draması
İlk baxış tarixləri16 iyun 2019
RejissorSem Levinson
Pippa Byanko
Avqustin Frizzell
Cennifer Morrison
OperatorMarsel Rev
Drü Deniels
Adam Nyuport-Berra
Andre Şemetoff
ProdüserTayler Romari
Filip A. Barnett
Ceymi Feldman
Kennet Yu
Harrison Krayss
YaradıcısıSem Levinson
RollardaZendaya
Mod Apatou
Anqus Klaud
Erik Deyn
Aleksa Demi
Ceykob Elordi
Barbi Ferreyra
Nika Kinq
Storm Rid
Hanter Şefer
Elci Smit
Sidni Suini
Ceyvon Uolton
Ostin Abrams
Dominik Fayk
BəstəkarLabrinth
İstehsalçı ölkəABŞ ABŞ
StudiyaA24
Dilingilis dili
İlk çıxış tarixi16 iyun 2019
Mövsüm sayı2
Seriya sayı18
Davametmə müddəti48–65 dəqiqə
TelekanalHBO
IMDbID8772296
hbo.com/euphoria
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eyforiyanın icraçı prodüserləri arasında Levinson, Zendaya, Ron Leşem və Qeri Lennon var. Serial Kaliforniyanın Los Anceles şəhərindəki Ulysses S. Grant Liseyində və Kaliforniyanın Kalver Siti şəhərindəki Sony Studios-da çəkilir. Eyforiya çılpaqlığı və seksual məzmunu ilə mübahisəli hesab olunur, bəzi tənqidçilər yeniyetmə mühitinə görə bunu artıq hesab edirlər. Bu, HBO tarixində Taxt-tac oyunlarından sonra ən çox baxılan ikinci serialdır.

Eyforiya 16 iyun 2019-cu ildə premyerasını etdi. Serial 2019-cu ilin iyulunda ikinci mövsüm üçün yeniləndi. Bir saatlıq iki xüsusi veriliş 2020-ci ilin dekabrında və 2021-ci ilin yanvarında yayımlandı. İkinci sezonun premyerası 9 yanvar 2022-ci ildə, serialın isə 2022-ci ilin fevralında nümayiş olundu. üçüncü mövsüm üçün yeniləndi. Serial çoxlu mükafatlar, o cümlədən Ən Yaxşı Dram Serialları üçün Primetime Emmy Mükafatına namizədlər qazandı. Performansına görə Zendaya Dram Serialında Ən Yaxşı Aktrisa üçün Primetime Emmy Mükafatı və Satellite Mükafatı qazandı. Zendaya, Sidni Suini, Kolman Dominqo və Marta Kelli ikinci mövsüm üçün eyni mükafata namizəd oldu.