Entimema (q.yun. ἐνθύμημα - əqldə tutmaq) — ənənəvi formal məntiqdə deduktiv əqli nəticə; bu əqli nəticədə hər hansı bir hissənin ya müqəddimələrdən birinin, ya da nəticənin aydın ifadə olunmamasıdır.[1]

Mahiyyəti

redaktə

Çox vaxt elmi müddəaların şərhində, insanın praktik fəaliyyətində, yaxud nitq prosesində bütöv halda əqli nəticələrə rast gəlmirik, orada müqəddimələrdən biri, yaxud bir neçəsi buraxılır, buraxılan hissə öz-özlüyündə düşünülür, ixtisari forma alan belə sillogizmlərə entimema deyilir. Entimemanın vasitəsi ilə insan nitqin qısa və yığcam ifadəsinə nail ola bilir, digər tərəfdən ixtisari əqli nəticələr dinləyicini, oxucunu düşünməyə vadar edir.

Növləri

redaktə

Entimemanın müxtəlif növləri vardır:

  • 1. Böyük entimema
  • 2. Kiçik entimema
  • 3. Nəticəsi buraxılan entimema.

Nümunə: "Bütün cinayətkarlar hüquqi məsuliyyətə cəlb olunmaldır. Bilal cinayətkardır". Burada nəticə buraxılmır deyilmir. Yaxud "vəzifəsindən sui-istifadə edən hər bir adam cinayətkardır. Xalid cinayətkardır". Bu ixtisari əqli nəticədə kiçik müqəddimə deyilmir, buraxılır.

İstifadəsi

redaktə

Entimemalardan şifahi və yazılı nitqdə geniş istifadə olunur. Aforizmlərin çoxu entimema formasında olur. Yunanlarda belə bir aforizm var: "Yupiter, sən əsəbiləşirsən, deməli, haqlı deyilsən". Bunun özü entimemadır. Həzrəti Əlinin "özünü tanıyan Allahını da tanıyar" kəlamı da bu qəbildəndir.

Həmçinin bax

redaktə

Mənbə

redaktə

M.M.İsrafilov Məntiq kursu (dərslik). Bakı-2005

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. Fəlsəfə, Bakı, ""Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi", 1997, səh. 136