Elşad Quliyev

Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü.

Elşad Quliyev
bayraq
Azərbaycan Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri
bayraq2
8 mart 1992 – 16 may 1992
ƏvvəlkiMəmməd Murad
SonrakıMəmməd İsmayıl
bayraq
Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri
bayraq2
4 yanvar 1983 – 1 fevral 1990
ƏvvəlkiQurban Yusifzadə
SonrakıQeysər Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi23 yanvar 1941(1941-01-23)
Doğum yeri
Vəfat tarixi27 may 2008(2008-05-27) (67 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyətijurnalist

Təltifləri"Şərəf nişanı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989

Həyatı

redaktə

Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.[1][2][3]

1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub. Ayrı-ayrı illərdə kütləvi informasiya vasitələri sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilib.[1][3]

Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989), tarix elmləri namizədi (1991), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü olmuşdur. Elşad Quliyev akademik Vavilov adına Beynəlxalq medala layiq görülmüşdü.[2]

Telefilm Yaradıcılıq Birliyi tərəfindən Elşad Quliyevin həyat və yaradıcılığına həsr olunmuş "Ömrün teleformatı" adlı film çəkilmişdir. Həmçinin onun haqqında "Telefenomen Elşad Quliyev ilə 16 saat söhbət" adlı kitab işıq üzü görüb.[1][2]

Rejissor Cəmil Quliyevin atasıdır.

Elşad Quliyev 27 may 2008-ci ildə ağır xəstəlikdən vəfat edib.[3]

Kitabları

redaktə
  • "Telekamera və mikrofonla" (1985)
  • "Televiziya iki əsrin ayrıcında" (1993)
  • "Televiziya: nəzəriyyə, inkişaf meyilləri" (2004)[2][3]

Filmoqrafiya

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 Xatirə Qasım. "Elşad Quliyevsiz 1 il" (Azərbaycan). anl.az. 2021-06-22 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 Aydın Kazımzadə. "Yaxşı əməllər, işıqlı düşüncələr sahibi" (Azərbaycan). anl.az. 22-6-2021 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 Akif Cabbarlı. "O, teleradio məkanında bənzərsiz peşəkar idi" (Azərbaycan). anl.az. 22-6-2021 tarixində arxivləşdirilib.