David Neres

David Neres Kampos (3 mart 1997-ci ildə anadan olub) — David Neres kimi də tanınan, Erediviziya təmsilçilərindən olan Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusudur.[1]

David Neres
port. David Neres
Ümumi məlumatlar
Tam adıDavid Neres Kampos
Doğum tarixi (27 yaş)
Doğum yeriSan-Paulu, Braziliya
Vətəndaşlığı
Boyu175 sm
Çəkisi74 kq
MövqeyiHücumçu
Klub haqqında məlumat
KlubNiderland Ayaks
Nömrəsi7
Karyerası
Gənclik karyerası
2007—2016Braziliya San-Paulu
Klub karyerası[* 1]
2016—2017Braziliya San-Paulu8 (3)
2017—h.hNiderland Ayaks8 (3)
2017—h.hNiderland Yonq Ayaks4 (2)
Milli yığma[* 2]
2017—h.hBraziliya Braziliya U-209 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

redaktə

San-Paulu

redaktə

Neres San-Pauluda anadan olmuşdur. Neres 2007-ci ilin sentyabr ayında 10 yaşı olarkən San-Paulu klubunun gənclər komandasına cəlb olunmuşdur.[2] 2016-cı ilin fevral ayında U-20 Libertadores Kubokundakı oyunlarda iştirak edən zaman çiynindən zədə aldı. Bu zədəyə görə o, bir ay yaşıl meydanlardan uzaq qaldı.

Neres 2016-cı ilin avqust ayında baş məşqçi Rikardo Qomeşin göstərişi əsasında əsas yığmaay təyin olunmuşdur. Neres əsas yığma ilə debütünü 17 oktyabr 2016-cı ildə Seriya A-da Fluminense klubuna qarşı oyunda etmişdir. Neves ikinci hissədə Robsonu əvəzləmişdir. Həmin görüşdə San-Paulu Fluminenseyə səfərdə 2–1 hesabı ilə qalib gəlmişdir.[3]

Neves 22 oktyabr 2016-cı ildə Ponte Preta klubu ilə görüşdə ilk qolunu vurmuşdur. Həmin görüşdə komandası evdə 2–0 hesabı ilə qalib gəlmişdir.[4] On dörd gün sonra isə o, Korintians Paulista klubu ilə əzəli görüşdə ikinci qoluna imza atmışdır. Həmin görüşdə isə komandası 4–0 hesabı ilə qalib gəlmişdir.[5]

30 yanvar 2017-ci ildə David Neres €12 milyon qarşılığında Niderland klubu olan Ayaks klubuna transfer olmuşdur.[1]

Karyera statistikası

redaktə
14 May 2017.[6] tarixində yenilənib
KlubMövsümLiqaKubokKontinentalDigərÜmumi
DiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQol
San-Paulu2016Serie A8300003[a]0113
Ayaks2016–17Erediviziya83003[b]000113
Ümumi karyera166003030226
  1. Paulista Kuboku görüşləri daxildir.
  2. UEFA Avropa Liqası görüşləri daxildir.

Uğurları

redaktə
San-Paulu
  • U-20 Libertadores Kuboku: 2016

İstinadlar

redaktə
  1. 1 2 "São Paulo aceita oferta do Ajax, e David Neres vira a 3ª maior venda do clube" (portuqal). ESPN.com.br. 30 January 2017. 2 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2017.
  2. "David Neres: nove dos 19 anos de idade dedicados ao Tricolor" (portuqal). São Paulo FC. 19 October 2016. 17 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2016.
  3. "De virada, São Paulo bate Fluminense, se afasta do Z-4 e tira o rival do G-6" (portuqal). Globo Esporte. 17 October 2016. 19 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2016.
  4. "Promessa faz primeiro gol, São Paulo bate a Ponte Preta e mantém embalo" (portuqal). Globo Esporte. 22 October 2016. 19 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2016.
  5. "São Paulo atropela, espanta fantasma de vez e deixa o Corinthians fora do G-6" (portuqal). Globo Esporte. 5 November 2016. 9 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2016.
  6. "David Neres". Soccerway. 29 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.

Xarici keçidlər

redaktə