Casper milli parkı

Casper milli parkıKanadanın qayalı dağlarında ən böyük milli park.

Casper milli parkı
ing. Jasper National Park
Casper milli parkının mənzərəsi
Casper milli parkının mənzərəsi
Məlumatlar
Ölkə
YerləşməsiAlbert əyaləti, Kanada
Sahəsi10,878 km2 (4,200 sq mi)
Yaradılıb1907
Ziyartəçi sayı
  • 2.154.710 nəf. (2014)
StatusuMilli park
Saytıparks.canada.ca/pn-np/ab…
parcs.canada.ca/pn-np/ab…
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Norz Vest Kompani üçün bölgədə ticarət mağazası olan Casper Hovesin şərəfinə adlandırılmışdır. 1907-ci il sentyabr ayının 14-də Casper Forest Park adı altında yaradılmışdır. 1930-cu ildə park statusunu almışdır.[1] 2014-cü ildə Casper milli parkının 2154710 ziyarətçisi vardı.[2]

Coğrafiyası redaktə

Casper milli parkında Atabaska dağı

Kanadanın qərbində, Albert əyalətindədir. Sahəsi təqribən 1,1 mln. ha. 1907-ci ildə Atabaska çayının yuxarı axınında, Qayalı dağların iynəyarpaqlı meşələrlə və Alp çəmənləri ilə örtülü şimal yamaclarında (3747 m-ədək yüksəlikdə) yaradılmışdır; buzlaqlar var. Heyvanlardan qara və qonur ayı (qrizli), maral, dələ, vaşaq, puma, qar qoyunu; təqribən 200 növ quş məskunlaşmışdır. Parkı gəzmək üçün təqr. 1000 km piyada marşrutu salınmışdır. Banf, Yoxo və Kuteney milli parkları ilə birləşərək vahid kompleks əmələ gətirir.[3]

Ümumdünya irsi redaktə

1984-cü ildə Park Kanadanın qayalı dağlarındakı digər milli və əyalət parkları ilə birlikdə UNESCO Ümumdünya irsi elan edildi.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Jasper National Park of Canada: Visitor Information" Arxivləşdirilib 2011-02-18 at the Wayback MachineParks Canada. 2013–09-26. Retrieved 2007–02-07.
  2. Jasper National Park of Canada Annual Report 2015 Arxivləşdirilib 2023-07-05 at the Wayback Machine (PDF) (Report). Parks Canada. 2015. p. 2. Retrieved October 1, 2016.
  3. Casper milli parkı// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 193.

Xarici keçidlər redaktə