Bitumkarbohidrogenlərdən və onların oksigenli, kükürdlü, azotlu törəmələrindən ibarət qatrana oxşar təbii və ya süni mürəkkəb üzvü maddələrin ümumi adı.

İki növə bölünür – süni və təbii. Bərk və özlü neft bitumları yer qabığında qumdaşı və əhəngdaşı laylarına hoparaq həmçinin çatları dolduraraq yataqlar əmələ gətirir. Bitum yataqları neftli, qazlı sahələrlə əlaqədardır. Süni (texniki bitum) əsasən, tərkibində asfalt–qatran maddələri çox olan ağır neft qalıqlarını (mazut, qudron və s.) 300 – 350 °C-də yüksək vakuumda distillə etməklə və neft emalı qalıqlarını (qudron və s.) 260 – 280 °C-də havanın oksigeni ilə oksidləşdirməklə alınır.

Bitum adətən yol inşaatında, plastik kütlə və s. hazırlanmasında işlədilir. Sənayedə işlədilən bitumun ümumi miqdarının 90%-i süni bitum növlərinin payına düşür.

Bu məfhum müxtəlif məna daşısa da çox hallarda neft və onun törəmə məhsullarının adlandırılmasında istifadə olunur. Qədim zamanlarda bitum deyildikdə meftin bərk və qatı xəmirəbənzər foması başa düşülürdü. Bəzi hallarda isə malta və ya asfalt kimi də qəbul olunurdu. Bitum genezis baxımından həm yerin dərin qatlarında yuxarıda göstərilən formalarda, həm də yerin səthində «Bitumiaşma» məfhumunda təsvir olunan forma halında yaranır. Hal-hazırda bitum məfhumu ədəbiyyatlarda üç müxtəlif prinsipial anlayış halında ifadə olunur:[1]

  1. Neft və naftenlərdən ibarət olmaqla genetik anlayışdır.
  2. Bütün təbii üzvi maddələrin məcmusu olub bitumoloji təcrübədə qəbul edilən yolla bitumlu süxurlardan həllediciləıiə alınan analitik anlayışıdır və asan həll olunma onların əsas xüsusiyyətləri hesab olunur.
  3. Təbii asfalt və neftayırmada neftdən alınan neft məhsulları olub texniki məqsədlər üçün istifadə edilən texniki anlayışdır.

Mənşəyindən asılı olmayaraq yalnız texniki məqsədlər üçün istifadə edilməsi onların səciyyəvi xüsusiyyətləri hesab olunur.

Bitumlaşma

redaktə

Neft mədəni yerlərində buruqyanı istismar meydançalarının və onlara yaxın olan torpaq sahələrinin səthinə aram-aram tökülən neft kütləsinin uzun çəkən dövr ərzində torpaqların səthində və havada olan toz hissəcikləri ilə zənginləşməsi prosesidir. Bu proses əlverişli hidrotermiki şəraitdə daha intensiv gedir. Ümumiyyətlə bitumlaşma quraq (susuz) şəraitdə baş verdikdə bitum əvvəlcə qatı xəmir, müəyyən müddətdən sonra isə bərkiyərək asfalt formasına keçir və beləliklə torpaqların səthində hava və su keçirməyən qat əmələ gətirir.

Bitumoid

redaktə

Neft mədəni yerlərində neft məhsullarının torpaqların profilində (A+B qatlarında) toplanması ilə yaranan bitumlu torpaq qatıdır. Bitumoidin səciyyəvi xüsusiyyətlərindən biri onların üzvü mənşəli həlledicilərdə asan həll olunmasıdır.

Bitumlaşmış torpaqlar

redaktə

Neft mədəni yerlərində istismar meydançalarında uzun çəkən dövr ərzində xam neftin torpaqlara hopması ilə onların səthində müəyyən qalınlığa malik asfalta bənzər örtüklə örtülmüş torpaqlardır. Bitumlaşma uzun çəkən dövr ərzində torpağın səthində axan neftin yer səthindəki dispers hissəciklərlə və havada olan aerozol kütləsinin qarşılıqlı absorbsiyası nəticəsində baş verir. Torpağın səthində onların qalınlığı 5-20 sm, hopan tərkibindən asılı olaraq 15-150, bəzən 200-250 sm, neftin miqdarı isə 25-45%-ə qədər olur.

Xarici keçid

redaktə

İstinad

redaktə
  1. Yaqubov Q.Ş. Azərbaycan respublikasının texnogen-pozulmuş torpaqlarının tədqiqi, genetik xüsusiyyətləri və onların rekulvitasiyası Bakı 2003