Beliz Olimpiya Oyunlarında

Beliz ilk dəfə 1968-ci ildə Mexiko şəhərində keçirilmiş XIX Yay Olimpiya Oyunlarında iştirak edib. O vaxtdan Beliz 1980-ci il Moskva olimpiadası istisna olmaqla bütün Yay Olimpiya Oyunlarında iştirak edib. Ölkə Qış Olimpiya Oyunlarında heç vaxt iştirak etməyib. Beliz Rio olimpiadası da daxil olmaqla ümumilikdə Yay Olimpiya Oyunlarında 49 idmançı ilə təmsil olunmuşdur.[1] Beliz 1968-ci il Mexiko1972-ci il Münhen olimpiadaları zamanı Böyük Britaniyanın müstəmləkəsi olduğundan, yarışlarda "Britaniya Hondurası" adı altında çıxış etmişdir.[2][3]

Beliz Olimpiya Oyunlarında

Beliz bayrağı
BOK Kodu BIZ
MOKBeliz Olimpiya və Birlik Oyunları Assosiasiyası
Olimpiya tarixi

Yay Olimpiya Oyunları

1968*  • 1972*  • 1976  • 1980  • 1984  • 1988  • 1996  • 2000  • 2004  • 2008  • 2012  • 2016

* Britaniya Hondurası adı altında

Beliz 19682016-ci illər arasında Olimpiya Oyunlarında medal qazana bilməyib.

Beliz Olimpiya və Birlik Oyunları Assosiasiyası 1967-ci ildə yaradılıb və elə həmin ildə Beynəlxalq Olimpiya Komitəsində qeydiyyatdan keçib.[4]

Medal cədvəlləri

redaktə

Yay Olimpiya oyunlarında

redaktə
Olimpiya OyunlarıQızılGümüşBürüncÜmumi
1968 Mexiko7000
1972 Münhen1000
1976 Monreal4000
1980 Moskvaiştirak etməyib
1984 Los-Anceles11000
1988 Seul10000
1992 Barselona10000
1996 Atlanta5000
2000 Sidney2000
2004 Afina2000
2008 Pekin4000
2012 London3000
2016 Rio-de-Janeyro3000
Ümumi49000

İstinadlar

redaktə
  1. "Belize" (İngiliscə). Sports-reference.com. 2008. 2015-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  2. "Official Report of the Organizing Committee for the Games of the XIX Olympiad" (PDF) (İngiliscə). Beynəlxalq Olimpiya Komitəsi. 1968. 2012-06-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  3. "Official Report of the Organizing Committee for the Games of the XXth Olympiad" (PDF) (İngiliscə). Beynəlxalq Olimpiya Komitəsi. 1972. 550. 2012-07-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.
  4. "Америка". Rusiya olimpiya komitəsi. 2016-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-27.

Xarici keçidlər

redaktə