Balıq ehtiyatları

Balıq ehtiyatları — su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən balıq növlərinin, digər su heyvanlarıbitkilərinin mütləq kütləsi.[1]

1974–2015-ci illərdə dünya dəniz balıq ehtiyatlarının vəziyyətində qlobal tendensiyalar.

Ayrı-ayrı dəniz növlərinin ehtiyatları bir-biri ilə əlaqəli və kompensasiya yolları ilə "yüksələ və düşə" bilər. Məsələn, 1960-cı illərdə Atlantik okeanında mavi marlin şüaüzgəclisinin ovunda azalma müşahidə olunmuşdur. Bunun əvəzinə, yelkəntikən balıqların ovunda artım müşahidə olunmuşdur. Daha sonra 1970-ci illərin sonundan 1980-ci illərin sonlarına qədər yelkəntikən balıqların ovunda azalma yaşanmış, qılınc balıqlarının ovunda artım baş vermişdir. Nəticədə, marlinin ümumi ovlanma səviyyəsi kifayət qədər sabit qalmışdır.[2]

İstinadlar

redaktə
  1. Balıq ehtiyatları // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 291.
  2. Duffy, J. Emmett (2008) Marine biodiversity and food security Arxivləşdirilib 2012-01-01 at the Wayback Machine Encyclopedia of Earth. Updated 25 July 2008.

Əlavə ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə