Bağçılar


Bağçılar (türk. Bağcılar) — İstanbul ilinin ilçəsi. Bağçılar ilçəsi İstanbul ilçələri arasında ən yüksək əhali sıxlığına malikdir. Son illərdə şərq və cənub-şərq illərindən köçlərin sayı artmışdır.

Bağçılar
41°02′04″ şm. e. 28°51′24″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 22 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 734.369 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi34203
Digər
bagcilar.gov.tr
Xəritəni göstər/gizlə
Bağçılar xəritədə
Bağçılar
Bağçılar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçəsi

redaktə

Osmanlı dövründə bu yerdə yunanların çoxluq təşkil etdiyi bir kənd var idi. 1920-ci illərdən etibarən yunan-türk əhalisi mübadiləsindən sonra burada türklər yaşamağa başladılar. Şərqi və cənub-şərqi Anadoludan gur miqrasiya 1970-ci illərdə ərazinin kütləvi qanunsuz qurulmasına və cinayətkarlığın səviyyəsinin yüksəlməsinə gətirib çıxardı.

1975-ci ilə qədər Anadoludan tutmuş İstanbula qədər üzüm bağları və bostan işləri ilə dolanışıq təmin edirdilər. 1992-ci ildən etibarən kəndin statusunun artırılması ilə əlaqədar üzüm bağlarında müasir urbanizasiyaya keçidlə bağlı işlər aparılmış və bu gün infrastruktur problemləri böyük dərəcədə həll edilmişdir.

Bağcılar İstanbulun Avropa tərəfində və İstanbul Böyükşəhər Bələdiyyəsinin xidmət sərhədləri içərisində yerləşir. Onun sahəsi 22 km²-dir. E-5 və TEM Avtomobil yolunun arasında yerləşir. Cənubda Bağçalıevlər, Qərbdə KiçikçəkməcəBaşakşəhər, şərqdə Güngörən, şimalda isə Əsənlər və hərbi ərazilər ilə qonşudur. Dənizə heç bir sahili yoxdur.

İqtisadiyyatı

redaktə

Rayonun yaxınlığında İstoç, Avto Center, Tekstilkent, Massit kimi iri kommersiya obyektləri yerləşir. İlçədə əsas mətbuat mərkəzləri və bank bölmələri yerləşir. Toxuculuq ilə yanaşı, qida məhsulları, metal emalı, nəqliyyat sektorlarında da yüksək rollara malikdir. Çox tez, lakin əyri-üyrü urbanizasiyaya görə, bu ilçədəki qiymətlər sərfəlidir. Yaşıl sahələr isə tədricən azalır.

İcra başçıları

redaktə
Bağcılar icra başçıları və partiyaları[1]
İlİcra HakimləriPartiyaFaiz
1992*Feyzullah KıyıklıkRP%??,??
1994Feyzullah KıyıklıkRP%37,30
1999Feyzullah KıyıklıkFP%37,74
2004Feyzullah KıyıklıkAK Parti%43,91
2009Lokman ÇağırıcıAK Parti%49,39
2014Lokman ÇağırıcıAK Parti%57,20

1992 ilində Bağcıların Bakırköydən ayrılması ilə Feyzullah Kıyıklık müvəqqəti icra hakimi seçilmişdir.

Ümumi seçimlər

redaktə
İlPartiyaFaiz
1995RP%34
1999FP%29
2002ƏİP%48
2007ƏİP%57
2011ƏİP%60
Haziran 2015ƏİP%50
Kasım 2015ƏİP%59

İstinadlar

redaktə
  1. "yerelnet.org.tr, Bağcılar Belediyesi". 2019-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-20.

Həmçinin bax

redaktə