Bəhreyn Qran-prisi

Bəhreyn Qran-prisi (ərəb. جائزة البحرين الكبرى)‎ - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri.

Sahir trası

Ümumi məlumat

redaktə

Bəhreyn qran-prisinin keçriləcəyi Sahir avtodromu 2002-ci ildə tikilməyə başlamışdır.

İlk yarış isə ilk dəfə 2004-cü ildə baş tutdu. Bu yarış F-1 tarixində Yaxın Şərqdə keçirilən ilk qran-pri idi.

Sahir trasının uzunluğu 5412 metrdir. 2010-cu il mövsümündən əvvəl bu göstərici artırılaraq 6299 metrə qaldırıldı və 2 yeni döngə əlavə edildi.

2011-ci ildə qran-prinin keçirilməsi ilə bağlı problemlər yaranır. Bunun səbəbi fevral ayında būtün ölkəni bürüyən mitinqlər, mürəkkəb siyasi vəziyyət idi. Mətbuatda yarışın keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılsa da FİA bu məlumatları təkzib edərək yalnız vaxtın dəyişdiriləcəyini və oktyabrda keçiriləcəyini bildirdilər.

Qaliblər

redaktə

Pilotlar

redaktə
Qələbə sayıPilotİl
4 Sebastyan Fettel2012, 2013, 2017, 2018
3 Fernando Alonso2005, 2006, 2010
Lyuis Hemilton2014, 2015, 2019
2 Felipe Massa2007, 2008
Maks Ferstappen2023, 2024
1 Mihael Şumaxer2004
Censon Batton2009
Niko Rosberq2016

Komandalar

redaktə
QələbəPilitİl
7 Ferrari2004, 2007, 2008, 2010,2017, 2018, 2022
6 Mercedes2014, 2015, 2016, 2019, 2020, 2021
4 Red Bull2012, 2013, 2023, 2024
2 Renault2005, 2006
1 Brawn-Mercedes2009

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

"Formula-1" Qran-pri siyahısı