Bəşir Kərimov

Bəşir Kərimov (2 fevral 1976, Füzuli17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Bəşir Kərimov
Bəşir Bəylər oğlu Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQacar, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriBakı, Azərbaycan
Vəfat səbəbişəhid
Dəfn yeriBakı şəhəri, Şəhidlər xiyabanı
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüQuru qoşunları
Xidmət illəri1993-1995
RütbəsiƏsgər
DöyüşlərQarabağ müharibəsi
Təltifləri"Qızıl Ulduz" medalı

Həyatı

redaktə

2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur[1]. 1983-cü ildə burada orta məktəbə getmiş, 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Erməni qəsbkarları bu illərdə Qarabağa geniş planlı hücumlar edir Azərbaycanın əsrlərdən yadigar torpaqlarını işğal edirdilər.

Döyüşlərdə iştirakı

redaktə

Bəşir 1993-cü ildə artıq döyüş meydanlarında idi…o, burada patron daşıyır, əsgərlərə yemək çatdırılmasında iştirak edirdi. 1993-cü il ermənilər Qacar kəndinə hücum etdikləri vaxt Bəşir də qanlı döyüşə girmişdi. Füzuli rayonu işğal edildikdən sonra isə onun ailəsi İmişli rayonunda məskunlaşır. 1994-cü il 19 may Bəşir Milli Ordu sıralarına çağırılır. 1995-ci il 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı Kərimov Bəşir qardaş gülləsindən həlak oldu.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ədəbiyyat

redaktə

İstinadlar

redaktə
  1. "MİLLİ QƏHRƏMAN Kərimov Bəşir Bəylər oğlu". 2019-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.

Xarici keçidlər

redaktə