Büllur məscid

Büllur məscid (malay Masjid Kristal) — Malayziyada Trenqanu sultanlığının Kuala Trenqanu şəhərində yerləşən məscid. Məscid Van Man adasında İslam İrsi Parkında yerləşir.[1] Unikallığı ilə çox populyar olan Büllur məscid Malayziyada ən məşhur turizm yerlərindən biri kimi tanınır. Məscid 2006 və 2008-ci illər aralığında tikilib. Məscidin rəsmi açılışı Trenqanudan 13-cü Yanq di-Pertuan Aqonq olan Sultan Mizan Zaynal Abidinin iştirakı ilə 8 fevral 2008-ci ildə keçirilmişdir.

İslam
Büllur məscid
malay Masjid Kristal
Yerləşməsi
Ölkə Malayziya
ŞəhərKuala Trenqanu
YeriVan Man adası, Trenqanu
Memarlıq
İnşa tarixi2006-cı il2008-ci il
Üslubuislam memarlığı
Minarələrin sayı4
Tutumu1500
Otaqların sahəsi2,146.12 m²
Vəziyyətifəaliyyət göstərir
Büllur məscid xəritədə
Büllur məscid
Büllur məscid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xarici media
Büllur məscid
Şəkil
Gecə vaxtı Büllur məscidin görünüşü
Video
Masjid Kristal

Məsciddə eyni vaxtda 1500-dən çox dindar ibadət edə bilər. Büllur məscidin tikintisində polad, büllur, şüşədən istifadə edildiyinə görə belə adlandırılır. Bu unikal struktur mavritan və qotik memarlıq elementlərin tətbiq edildiyi müasir üslubda yaradılıb. Böyük büllur çilçıraq əsas ibadət zalının mərkəzində yerləşir. Gecə vaxtı məscidin günbəz və minarəsi müxtəlif rəngli işıqların təsirindən rəngini dəyişir. Büllur məscid ölkənin birinci "intellektual" məscididir. Burada informasiya texnologiyaları infrastrukturu yaradılıb və WiFi əlaqəsi quraşdırılıb. Həmçinin bura gələn qonaqlar elektron Quran oxumaq üçün internet girişi ilə təmin edilirlər.[2]

İstinadlar

redaktə
  1. "Crystal Mosque or Masjid Kristal (Malaysia)". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may, 2015.
  2. "MASJID KRISTAL (CRYSTAL MOSQUE)". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may, 2015.