Azərbaycan diasporu

Azərbaycan diasporu — azərbaycanlıların öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti.

Təqribi sayı 50 milyon[1][2] nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlılar siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

XX əsrin əvvəllərinə qədər Azərbaycandan xaricə mühacirət edən azərbaycanlıların şəxsiyyət vəsiqələrində "rus təbəəsi" yazılması onların milliyətinin də "rus" kimi təqdim edilməsi ilə nəticələnmişdir. O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar "tatar", Türkiyədə məskunlaşanlar isə "Azərbaycan türkü" kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan azərbaycanlıların isə "İran təbəəsi" kimi təqdimatı prosesi gedirdi.

Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə azərbaycanlılar başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişlər. Lakin problemlərə və çətinliklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər.

Tarixi

redaktə

Azərbaycan diasporu

redaktə

Azərbaycanlılar Amerika qitəsində

redaktə

Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı ABŞ-də 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrindən Qonduras, Qvatemala, Peru və digərlərində də azərbaycanlılar məskunlaşmışlar. Hazırda onların sayı dəqiqləşdirilir.

Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş insanlardır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qisim azərbaycanlılar bu qitəyə axını diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.

Azərbaycanlılar Avropa qitəsində

redaktə

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlılarının sayı TürkiyədəRusiyada 3.5 milyon, UkraynadaBelarusiyada, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir.Həmçinin Çexiyada 25 min azərbaycanlının yaşadığı bildirilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.

Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.

Azərbaycanlılar Asiya qitəsində

redaktə

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

Azərbaycanlılar Afrika qitəsində

redaktə

Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir.

Azərbaycanlılar Avstraliya qitəsində

redaktə

Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

Azərbaycan diasporunun tarixi

redaktə

Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mənbəyə bölünür:

  • VII əsrin sonu-VIII əsrin əvvəlləri. Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və bu proses diasporun yaranmasının təməlini qoymuşdur.
  • X-XIX əsrlər. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır.
  • Azərbaycan diasporunun formalaşmasının III mərhələsi. Həmin dövr Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Rusiyada diasporun təşəkkülünü şərti olaraq iki dövrə bölmək olar: XX əsrin əvvəllərindən 1920-ci ilədək olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri nizamsız xarakter daşımışdır. 1920-ci ildən sonrakı, ikinci dövrdə isə bu proses qismən tənzimlənmiş və intensivləşmişdir. Buna baxmayaraq, həmin mərhələlərdə təşkil olunan diasporlar həm kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə görə bir-birindən fərqlənirdilər.
  • Diasporun formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü ilə bağlıdır.
  • 1941-1945-ci illərdə II Dünya müharibəsi zamanı əsirlikdə və Sovet qəza maşının ölüm xofundan Vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi səciyyələndirilir.
  • Ötən əsrin sonlarında İranda baş verən ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən on minlərlə azərbaycanlının Qərb ölkələrinə mühacirəti Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindən biri olmuşdur.
  • SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirilə bilər.

Diaspor quruculuğunun mərhələsi

redaktə
  • Azərbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir ;
  • Dünya azərbaycanlılarının birliyi məsələsi-Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır.Başqa sözlə desək, bu ideya dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi çıxış edir ;
  • Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini, mövcud iqtisadi və siyasi gerçəklikləri, eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana çıxardığı reallıqları nəzərə alaraq həyata keçirməyə çalışır ;
  • Dünyada azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir ;
  • Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir ;
  • Müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və birliklərin vahid təşkilatda birləşdirilməsi dünya azərbaycanlılarının ümumi birliyinin təməl prinsiplərindəndir.Bu məqsədin reallaşdırılması üçün ötən müddətdə ayrı-ayrı regionlarda fəaliyyət göstərən icma və birliklərin təmərküzləşməsinə böyük diqqət yetirilmişdir və bu strategiya bundan sonra da davam etdiriləcəkdir;
  • Azərbaycan dövlətinin diqqət yetirdiyi digər bir mühüm istiqamət soydaşlarımız arasında mənəvi-ideoloji birliyin yaradılmasından, icmalar arasında əlaqələrin möhkəmləndirilməsindən və bu sahədə mövcud olan siyasi, psixoloji maneələrin aradan qaldırılmasından ibarətdir ;
  • Azərbaycan milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığını qorunub saxlanılması diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən biridir və bu sahədə də dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilir ;
  • Tarixi Vətənlə əlaqələr məsələsi dünya azərbaycanlılarının təşkilatlandırılmasının ən mühüm prinsiplərindəndir.Bu əlaqələrin möhkəmləndirilməsi yalnız mədəni, siyasi, psixoloji zəmində deyil, həm də iqtisadi aspektdə də özünü göstərir ;
  • Dünya azəraycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilməlidir. Diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də məhz soydaşlarımızın tarixi Vətənin maraqlarından irəli gələn bu prosesdə daha fəal iştirakını təmin etməkdir.

Ölkələr üzrə azərbaycanlıların sayı

redaktə

Azərbaycan Respublikasında, İranda, Gürcüstanda, İraqda, Suriyada, Türkiyədə, Dağıstanda yaşayan etnik azərbaycanlılardan başqa digər ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycan diasporunu əmələ gətirirlər.

#ÖlkəPaytaxtAzərbaycanlıların məskunlaşdığı yerAzərbaycanlıların sayıƏtraflı
1İranTehranTəbriz, Ərdəbil, Urmiya, Zəncan, Həmədan, Qəzvin, Tehran, Məşhəd35,000,000[3][4][5][6][7]İran azərbaycanlıları
2RusiyaMoskvaMoskva, Dərbənd, Krasnodar, Rostov, Saratov, Yekaterinburq7-10,000,000 (2002-2019) [8]Rusiya azərbaycanlıları
3TürkiyəAnkaraİstanbul, Qars, İğdır, Ərdəhan5,500,000 (2016)[9]Türkiyə azərbaycanlıları
4GürcüstanTiflisTiflis, Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Saqareco1,000,000 (2010)[10]Gürcüstan azərbaycanlıları
5QazaxıstanAstanaAstana, Almatı100,000 (2010)[11]Qazaxıstan azərbaycanlıları
6AlmaniyaBerlinBerlin, Bremen, Hamburq, Mayns, Frankfurt-Mayn, Münhen300,000Almaniya azərbaycanlıları
7UkraynaKiyevKiyev, Odessa, Lvov, Simferopol, Sevastopol500,000 (2017)[12]Ukrayna azərbaycanlıları
8NiderlandAmsterdamAmsterdam, Rotterdam, Haaqa18,000 (2008)[13]Niderland azərbaycanlıları
9İngiltərəLondonLondon170,000 (2016)[14]İngiltərə azərbaycanlıları
10ABŞVaşinqtonVaşinqton, Nyu-York, Los-Anceles, Hyuston, Dallas400,000 (2000) –1,250,000[15][16]ABŞ azərbaycanlıları
11KanadaOttavaToronto, Ottava3,465 (2006)[17]Kanada azərbaycanlıları
11ƏfqanıstanKabilKabil, Herat239,900 (2009)[18][19]Əfqanıstan azərbaycanlıları
12PolşaVarşavaVrotslav, Krakov, Katovitse6000 (2018)Polşa Azərbaycanlıları [20]
13MacarıstanBudapeştDebreçen, Peç, Seqed, Györ, Dunauyvaroş, Mişkolç1500-2000 (2019)Macarıstan azərbaycanlıları

DAK-ın məlumatları

redaktə
DAK: Dünya Azərbaycanlılarının sayı (2019)[21]
ÖlkəSay
Cəmi85-90 000 000
İran35 000 000
Azərbaycan10 014 600
Türkiyə5 500 000
Rusiya8 000 000
İraq1 500 000
ABŞ1 250 000
Misir900 000
Gürcüstan750 000
Pakistan650 000
Ukrayna520 000
İordaniya450 000
Kanada350 000
Hindistan340 000
Almaniya300 000
Əlcəzair280 000
Banqladeş175 000
Böyük Britaniya170 000
Qazaxıstan100 000
Suriya95 000
Braziliya75 000
Fransa70 000
Bolqarıstan65 000
Yəmən62 000
Özbəkistan60 000
Danimarka60 000
BƏƏ55 000
Norveç50 000
Əfqanıstan50 000
Türkmənistan45 000
Rumıniya45 000
İndoneziya44 000
Səudiyyə Ərəbistanı40 000
İtaliya100 000
Çin30 000
Macarıstan27 000
Meksika27 000
Avstriya19 000
Küveyt19 000
Oman19 000
Sudan17 000
Qırğızıstan16 000
Tacikistan14 000
İspaniya14 000
Belçika13 000
Yunanıstan13 000
Polşa12 000
Finlandiya12 000
Albaniya12 000
Argentina12 000
Yaponiya10 000
Avstraliya8 000
Birma8 000
Potuqaliya7 000
Belorus7 000
keçmiş Yuqoslaviya6 000
Monqolustan5 000
Moldova5 000
Latviya4 000
İrlandiya4 000
Estoniya3 000
Malta2 500
Litva2 000
Çexiya2 000
Slovakiya2 000
İsveç2 000
Butan1 500

Diaspor

redaktə
SıraÖlkəRəsmi statistikalarHal-hazırkı təxminlərÖlkələrinə görə azərbaycanlılarÖlkələrinə görə azərbaycanlıların siyahısı
1  Rusiya603,070 (2010)[22]1,500,000[23][24] 3,000,000 [25] arasıRusiya azərbaycanlılarıRusiya azərbaycanlılarının siyahısı
2  Türkiyə800,000 [9][26]Türkiyə azərbaycanlılarıTürkiyə azərbaycanlılarının siyahısı
3  Gürcüstan284,761 (2002)[27]360,000 (2007) [28]Gürcüstan azərbaycanlılarıGürcüstan azərbaycanlılarının siyahısı
4  Qazaxıstan85,292 (2009)[29]150,000[30]Qazaxıstan azərbaycanlıları
5  Almaniya15,219 (2006)200,000 [31]Almaniya azərbaycanlıları
6  Ukrayna45,176 (2001)[32]Ukrayna azərbaycanlıları
7  Niderland18,000 (2009)[33]
8  Qırğızıstan17,267(2009)[34]Qırğızıstan azərbaycanlıları
9  Böyük Britaniya15,000 (2009)[35]Böyük Britaniya azərbaycanlıları
10  ABŞ14,205 şimali azərbaycanlı (2000)[36]

40,400 cənubi azərbaycanlılar[37]

400,000 [38][39][40]ABŞ azərbaycanlılarıABŞ azərbaycanlılarının siyahısı
11  Kanada4,580 (2011)[41]80,000 [42]Kanada azərbaycanlıları
12  Fransa1,112 (asylum-seekers),[43] 70,000 [44]Fransa azərbaycanlıları
13  Özbəkistan44,410 (1989)[45]Özbəkistan azərbaycanlıları
14  Türkmənistan33,365 (1989)[46]Türkmənistan azərbaycanlıları
15  Belarus5,567 (2009)[47]
16  Latviya1,697 (2001)[48]Latviya azərbaycanlıları
17  Estoniya880 (2000)[49]
18  Litva788 [49]
19  Tacikistan800 (2000)[50]
20  Avstraliya300[51]
21  Avstriya1 000.[52]
22  Özbəkistan231[53]
23  ErmənistanMəlumat yoxdurErmənistan azərbaycanlılarıErmənistan azərbaycanlılarının siyahısı
24  Macarıstan1500-2000Macarıstan azərbaycanlıları

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2012-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
  2. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası[ölü keçid]
  3. "Peoples of Iran" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine in Looklex Encyclopedia of the Orient. Retrieved on 22 January 2009.
  4. "Iran: People" Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine, CIA: The World Factbook: 24% of Iran's total population. Retrieved on 22 January 2009.
  5. G. Riaux, "The Formative Years of Azerbaijani Nationalism in Post-Revolutionary Iran" Arxivləşdirilib 2013-03-14 at the Wayback Machine, Central Asian Survey, 27(1): 45-58, March 2008: 25% of Iran's total population (p. 46). Retrieved on 22 January 2009.
  6. "Iran" Arxivləşdirilib 2007-03-11 at the Wayback Machine, Amnesty International report on Iran and Azerbaijanis . Retrieved 30 July 2006.
  7. "Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity" in The Azerbaijani Population by Brenda Shaffer, pp. 221–225. The MIT Press (2003), ISBN 0-262-19477-5.
  8. "Azerbaijanis in Russia" Arxivləşdirilib 2008-02-02 at the Wayback Machine, 2002 Russian Census . Retrieved 7 June 2014.
  9. 1 2 "Turkey: Religions & Peoples" Arxivləşdirilib 2009-12-14 at the Wayback Machine, Encyclopedia of the Orient . Retrieved 7 June 2006.
  10. State Statistics Department of Georgia: 2002 census Arxivləşdirilib 2007-10-06 at the Wayback Machine . Retrieved 16 July 2006.
  11. Ethnic Composition of Kazakhstan Arxivləşdirilib 2007-06-30 at Archive-It (1999 census) . Retrieved 4 March 2009.
  12. "About number and composition population of Ukraine by data All-Ukrainian census of the population 2001" Arxivləşdirilib 2004-10-31 at the Wayback Machine, Ukraine Census 2001 . Retrieved 7 June 2006.
  13. Azerbaijan Ministry of Foreign Affairs: Bilateral relations with the Netherlands: Diaspora. NB Of these, 7,000 are immigrants from Azerbaijan. Retrieved on 3 June 2009
  14. [1]. Retrieved 13 June 2009.
  15. First, Second, and Total Responses to the Ancestry Question by Detailed Ancestry Code: 2000 Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine. This number includes both primary and secondary ancestry. . Retrieved 18 April 2008.
  16. "Arxivlənmiş surət". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-08.
  17. List of Canadians by ethnicity (following 2006 census). NB Canadian census on ancestry may not reflect current ethnic affiliation in Canada. (retrieved 7 June 2006). In the 2006 census, 1,480 people indicated 'Azeri'/'Azerbaijani' as a single response and 1,985 – as part of multiple origins.
  18. Library of Congress Country Studies Arxivləşdirilib 2012-07-14 at Archive.today-"Ethnic Groups of Afghanistan"In 1996, approximately 40 percent of Afghans were Pashtun, 11.4 of whom are of the Durrani tribal group and 13.8 percent of the Ghilzai group. Tajiks make up the second largest ethnic group with 25.3 percent of the population, followed by Hazaras, 18 percent; Uzbeks, 6.3 percent; Turkmen, 2.5 percent; Qizilbash, 1.0 percent; 6.9 percent other .
  19. Islamic Republic of Afghanistan Central Statistics Organization Arxivləşdirilib 2010-01-28 at the Wayback Machine 2009–cu ildə Əfqanıstan əhalisi 23993500 nəfər olub
  20. [2] Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine Azərbaycan Diaspor Təşkilatlarının Xəritəsi.
  21. Trend Analitik-informasiya agentliyi :Gələn ilin sonuna qədər dünyada yaşayan azərbaycanlıların sayı və məskunlaşma coğrafiyasına dair xəritə hazırlanacaq--xəbərin yayınlanma tarixi: 2 Oktyabr 2007-ci il
  22. Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2012-04-24 at the Wayback Machine
  23. "Итоги переписи". 2002 census. Russian Federation State Statistics Service. 2004. 20 January 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 January 2012.
  24. van der Leeuw, Charles. Azerbaijan: a quest for identity : a short history. Palgrave Macmillan. 2000. səh. 19. ISBN 978-0-312-21903-1. 2015-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  25. Azerbaijan Acts to Limit the Discrimination Against Azeris in Russia Arxivləşdirilib 2017-09-10 at the Wayback Machine by Nailia Sohbetqizi. Eurasianet.org. 11 November 2002. Retrieved 15 September 2006
  26. "Turkey-Peoples". Looklex Encyclopaedia. 6 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2013.
  27. State Statistics Department of Georgia: 2002 census Arxivləşdirilib 2007-10-06 at the Wayback Machine. Retrieved 16 July 2006.
  28. "languages in Georgia". Ethnologue. 2013. 17 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2013.
  29. Ethnic Composition of Kazakhstan Arxivləşdirilib mart 16, 2010, at the Wayback Machine (2009 census) . Retrieved 18 August 2013.
  30. "Gunaz TV article on Stalin's Repressions". 2012-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18. Arxivləşdirilib aprel 5, 2012, at the Wayback Machine
  31. Азербайджанцы хорошо интегрированы в германское общество – Нусрет Дельбест | Азербайджанцы хорошо интегрированы в германское общество – Нусрет Дельбест | Ежедневный информационный ресурс – "Azeri.ru – Азербайджанцы в России" Arxivləşdirilib 2013-12-13 at the Wayback Machine Arxivləşdirilib 2013-12-13 at the Wayback Machine. "Azeri.ru. Retrieved on 2011-06-18.
  32. "About number and composition population of Ukraine by data All-Ukrainian census of the population 2001". Ukraine Census 2001. State Statistics Committee of Ukraine. 17 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2012.
  33. Azerbaijan Ministry of Foreign Affairs: Bilateral relations with the Netherlands: Diaspora Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine. NB Of these, 7,000 are immigrants from Azerbaijan. Retrieved on 3 June 2009
  34. Population and Housing Census 2009. Book 2. Part 1. (in tables). Population of Kyrgyzstan. (Перепись населения и жилищного фонда Кыргызской Республики 2009. Книга 2. Часть 1. (в таблицах). Население Кыргызстана) (PDF), Bishkek: National Committee on Statistics, 2010, 2011-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib
  35. Oguz-Gassanly, Murad. "Azeri Diaspora. The Case of the United Kingdom". Azeri Voice. 2001. Archived from the original on 2 May 2014. İstifadə tarixi: 17 January 2012.
  36. "Arxivlənmiş surət" (PDF). 2018-09-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-04-18.
  37. Iranian Studies Group at MIT, Iranian-American Community Survey Results, 2005 Arxivləşdirilib 2011-11-25 at the Wayback Machine. Web.mit.edu. Retrieved November 28, 2011.
  38. "Arxivlənmiş surət". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  39. "Arxivlənmiş surət". 2012-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  40. "Arxivlənmiş surət". 2012-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  41. "Ethnic Origin (264), Single and Multiple Ethnic Origin Responses (3), Generation Status (4), Age Groups (10) and Sex (3) for the Population in Private Households". Statistics Canada. 2011. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2013. In the 2011 census, 1,985 people indicated 'Azeri'/'Azerbaijani' as a single response and 2,595 as part of multiple origins.
  42. Moridi, Reza. "Azerbaijani diaspora in Canada should do much to resist Armenians". News.Az. June 25, 2010. October 2, 2013 tarixində orijinalından arxivləşdirilib.
  43. "Arxivlənmiş surət" (PDF). 2021-06-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  44. "Arxivlənmiş surət". 2012-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  45. "The National Structure of the Republic of Uzbekistan". Umid World. 1989. 23 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 January 2012.
  46. Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР. Демоскоп Weekly (Russian) (493–494). 1–22 January 2012. 14 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2012.
  47. "Population Census 2009" (PDF). National Statistical Committee of the Republic of Belarus. 3 February 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 17 April 2013.
  48. Poleshchuk, Vadim. "Accession to the European Union and National Integration in Estonia and Latvia" (PDF). European Center for Minority Issues. March 2001. 2 March 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 January 2012. 232 citizens
  49. 1 2 "Population by national and/or ethnic group, sex and urban/rural residence". United Nations Statistics Division. 25 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2012.
  50. Михаил Тульский. "Итоги переписи населения Таджикистана 2000 года: национальный, возрастной, половой, семейный и образовательный составы". «Демоскоп». 2011-08-25 tarixində orijinalından arxivləşdirilib.
  51. 2006 Australian Census Arxivləşdirilib 2015-01-07 at the Wayback Machine. NB According to the 2006 census, 290 people living in Australia identified themselves as of Azeri ancestry, although the Australian-Azeri community is estimated to be larger. . Retrieved 1 April 2008.
  52. Azerbaijan Ministry of Foreign Affairs: Azerbaijan-Austria relations: Diaspora Info (February 2008) Arxivləşdirilib oktyabr 24, 2007, at the Wayback Machine. NB Of these, about 70-75 % are Iranian Azeris, 15-20 % are Turkish Azeris and 5-10 % are Azeris originally from Azerbaijan and the former Soviet Union.
  53. StatBank Denmark (2010) Arxivləşdirilib 2019-05-15 at the Wayback Machine. Controllato 14 agosto 2010.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə