Allil spirti

Allil spirti[1] (propen-2-ol-1) – doymamış spirtlər sinfinə daxil olan oksigenli üzvü maddədir.

Allil spirti
Ümumi
Sistematik adıAllil spirti
Kimyəvi formuluC3H6O
Molyar kütlə58.08 q/mol
Fiziki xassələri
Sıxlıq0.854 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi−129 °S

Fiziki xassələri redaktə

Spirt iyli, rəngsiz mayedir. Bir çox üzvi həlledicilərdə həll olur, bütün nisbətlərdə su ilə qarışaraq azeotrop qarışıq (28,3% Н2О; qayn.t. 89,0 °C) əmələ gətirir.

Kimyəvi xassələri redaktə

Allil spirti allil birləşmələri və spirtlərin daxil olduğu reaksiyalara daxil olur. Halogenləri, hidrogenhalogenidləri, HClO-nu özünə birləşdirir. 100°С temperaturda üzvi hidrogenperoksidlərlə (katalizatorlar – Mo və W-ın birləşmələri) qarşılıqlı təsirdə olduqda qlisidola çevrilir. Allil spirtini 1000C-də ZnCl2-in iştirakı ilə və ya 200C–də CuCl2-in iştirakı ilə qatı HCl ilə işlədikdə allilxloridə çevrilir, 200-3000C-də Al2O3 üzərindən keçirtdikdə isə diallilefiri alınır. Allil spirtindən asanlıqla sadə və mürəkkəb efirlər alınır.[3]

Aınması redaktə

  • Allilxloridin hidrolizindən
  • Propilen oksidin izomerləşməsindən
  • Propanol-1-in dehidrogenləşməsindən
  • Qliserinin qarışqa turşusu ilə reaksiyasından[4]
  • Propilenin allilasetata oksoasilləşməsindən

Tətbiqi redaktə

Qliserinin, akroleinin, qlisidolun və sadə və polimerləşən mürəkkəb allil efirlərinin, xüsusilə, diallilftalatın sintezində tətbiq edilir.Toksikliyi və təhlükəsizliyiÇox zəhərlidir, gözləri qözyaşına qədər qıcıqlandırır, mərkəzi sinir sisteminə təsir edir, qara çiyəri zədələyir, iş sahəsində buraxıla bilən qatılığı (BBQ) 2 mq/m3-dir.

Mənbə redaktə

  • Перейти к:1 2 http://www.cdc.gov/niosh/ipcsneng/neng0095.html
  • Химическая энциклопедия. Том 1. Москва, Советская энциклопедия, 1988, стр. 102
  • Синтезы органических препаратов. Сборник 1. Москва, Иностранная Литература, 1949, стр. 25

İstinad redaktə

  1. "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-21.