Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı

Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Albaniya Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikllarda, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə.

İndiki vaxtda istifadə edilən avtomobil dövlət qeydiyyat nişanı

Format redaktə

2011-ci ildən bu günə qədər istifadə edilən nömrə nişanlarından biri. Köhnə formatdakı nişanlar hələ də etibarlıdır. Yeni formatdakı lövhələr vilayət ixtisarlarına görə verilmir.

2011-ci ilin fevral ayının 16-dan bu günə qədər, İtaliyaFransanın istifadə etdiyi avtomobil nömrə nişanı formatına bənzər bir dizayn istifadə edilir[1]. Nişanlar solda ağ hərflərlə AL yazılmış və iki başlı qartal fiquru olan mavi bir lentlə başlayır. İki hərfli kod, təhlükəsizlik holoqramı, üç rəqəm və iki hərfli kod ilə davam edir, son olaraq sağ tərəfdə mavi xətt üzərində qeydiyyat ili ilə vilayət kodu yazılmışdır. Yazı tipi 2002-ci ildən etibarən dəyişdirilərək daha emfatik hala gətirilmişdir[2]. Tənqidçilər cüt başlı qartalın və AL hərflərinin, rənglərindən ötəri Albaniyanı təmsil etmədiyini iddia edirlər.[3]

Tarixi redaktə

1958-1993 redaktə

Kommunist rejimi dövründə yük maşınlarındakı avtomobil nömrə nişanları, vilayət adının ilk hərfləri, sonra is beş rəqəm olaraq (Məsələn: BR • 14825) istifadə edilmişdir. Bu avtomobil nömrə nişanı qaydası, 1991-ci ildə iki nömrə, iki hərfli vilayət kodu, üç nömrə (Məsələn: 22 • KO • 4283 ) olaraq dəyişdirilmişdir. Rəsmi avtomobillər isə kommunizmi təmsil edən qırmızı bir ulduzla birlikdə, ağ rəngli çərçivənin içərisində qara rənglə verilmiş bölgənin ilk hərflərini və nömrəsi var idi. 1993-ci ildə kommunist rejimin bitməsi ilə birlikdə format yenilənmişdir.

1993-2011 redaktə

2011-ci ilə qədər istifadə edilən, daha kiçik şriftli avtomobil nömrə nişanı. KO ixtisarı Korçeni təmsil edir. Bu formatdakı nömrə nişanları hələ də etibarlıdır.

1993-ci ildən bəri istifadə bu nömrə nişanları 2011-ci ilin fevral ayından istifadəsi başlayan nömrə nişanları ilə birlikdə etibarlılığını qorumaqdadır. 1995-ci ildə nömrə nişanlarının sol hissəsində yerləşən milli simvolun şrifti dəyişdirilərək, bir az daha böyüdülmüşdür. 1993-2011-ci illər arasında bir neçə dəfə simvollar arasındakı boşluqlar dəyişmiş, amma ən əhəmiyyətlisi nömrə nişanlara təhlükəsizlik holoqramı yerləşdirilmişdir. Nömrə nişanlarında vilayətləri təmsil edən iki hərfli ixtisarlar mövcuddur. Məsələn KO ixtisarı Korçe vilayətini, TR ixtisarı isə Tirana vilayətini təmsil edir. Vilayət kodundan sonra hər bir seriya nömrəsini müəyyənləşdirən tək hərfli ardıcıl kod var. Məsələn A seriya nömrəsi ilə başlayan bir nömrə nişanı, B seriya nömrəli bir nömrə nişanından daha əvvəl verilmişdir deməkdir.[qeyd 1]

Vilayət kodları redaktə

Region kodları əsaslı Albaniya xəritəsi
KodVilayət
BCTropoye
BRBərat
BZBulqize
DIDiber
DLDelvine
DRDurres
DVDevoll
ELElbasan
ERKolonye
FRFiyer
GJErqiri
GRQramş
HSHas
KJKavaye
KOKorçe
KRKruye
KUKukes
KVKuçove
LAKurbin
LBLibrajd
LELeja
LULuşnye
MAMalesi e Madhe
MKMallakaster
MRMirdite
MTMat
PEPeklin
PGPoqrades
PRPermet
PUPuke
SHŞkoder
SKSkrapar
SRSarande
TPTepelene
TRTirana
VLVlore

Növləri redaktə

TipiFormatıAçıklama
DiplomatikCD 00-00 AYaşılla yazılır və çərçivəsi olur.
TaksiAA 000 TYaşılla yazılır və çərçivəsi olur. Sağ və sol hissəsində göy rəngli xətt olur.
Polis nəqliyyat vasitələriMB 000 A"MB" (Ministria e Brendshme-Albanian) Daxili İşlər Nazirliyi sözünün Alban dilindəki abreviaturası.

Diplomatik nömrə nişanları:

KoduÖlkə vəya Təşkilat
01 Avstriya
02 Böyük Britaniya
03 Bolqarıstan
04Boş
05 Çexiya
06 Misir
07 Fransa
08 Yunanıstan
09 Almaniya
10 Macarıstan
11 İtaliya
12 İran
13 Serbiya
14  Çin Xalq Respublikası
15  Xorvatiya
16Boş
17  Makedoniya Respublikası
18  İordaniya
19  Polşa
20  Rumıniya
21  Rusiya
22Boş
23  ABŞ
24  Türkiyə
25  İsveçrə
27  Səudiyyə Ərəbistanı
28  İsveç
29  İspaniya
33 UNESCO
41  Avropa İttifaqı
42  BMT
43 UNICEF
44Boş
45 Ümumdünya Səhiyyə Təşkilatı
48 Dünya Bankı
52  Küveyt
55  Kosovo
56  Niderland
60  Danimarka
66  Slovakiya
77  Braziliya
79  İsrail
81  Qətər

Xarici Keçidlər redaktə

Qeydlər redaktə

  1. 20 (hərflər) x 10 000 (9999 maşınlar) ["O", "Q", "V", "X" və "Y" hərfləri işlənmir amma, "Z" hərfi dövlət nəqliyyat vasitələri üçün qorunur].

İstinadlar redaktə

  1. "Targat e reja të makinave, nisi sot vënia në qarkullim" Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine (azərb. "Yeni avtomobil nömrələrinin istifadəsinə bu gün başlandı"‎). TV Klan. 16 fevral 2011.
  2. "Targat e reja, me stemen e BE" Arxivləşdirilib 2010-09-03 at the Wayback Machine (azərb. "Yeni lövhələr, Aİ sistemi ilə"‎). Koha Jone. 2 sentyabr 2010.
  3. "Konferencë për shtyp e Drejtorit të DPSHTRR-së, z. Kreshnik Bozdo" Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine (azərb. "GDRTS Direktoru Mətbuat Konfransı, Cənab Kreşnik Bozdo".‎). MPPT. 2 Sentyabr 2010.