2001: Kosmik Odissey

2001: Kosmik Odissey 1968-ci ildə Amerikalı rejissor Stenli Kubrik tərəfindən çəkilmiş elmi-fantastika filmidir. Ssenarisi Artur Klarkın qısa hekayələrindən ilhamlanan film yadplanetlilər tərəfindən yerləşdirilən və insanlıq tarixinə təsir edən bir qayanın kəşfindən sonra 5 kosmonavtın şüurlu kompüter HAL ilə Yupiterə səyahətindən bəhs edir. Film insan təkamülü, ekzistensializm, texnologiya, süni intellekt, və yerdənkənar həyat kimi mövzulara toxunur.

2001: Kosmik Odissey
ing. 2001: A Space Odyssey[1]
JanrElmi-fantastika
Əsas mövzusüni intellekt, kosmik tədqiqat, Antropogenez
RejissorStenli Kubrik
Prodüser
Ssenari müəllifləri
Operator
Bəstəkarlar
İstehsalçıMetro-Goldwyn-Mayer
DistribütorMetro-Goldwyn-Mayer, Netflix
İlk baxış tarixi2 aprel 1968
Müddət143 dəq.
Büdcə10.500.000 $
Gəlir146.000.000 $, 60.481.243 $[4]
Ölkələr
Dilingilis dili
Rəngrəngli
Çəkiliş yeriNamibiya[7], Arizona, Yuta
IMDbID0062622
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmdə kosmik səyahətin elmi cəhətdən dəqiq təsviri və misli görülməmiş vizual effektlər xüsusilə diqqət çəkir. Kubrik filmin hekayəsini dialoqdan daha çox görüntülərlə nəql edir. Filmdə Rixard Ştraus, İohan Ştraus, və Aram Xaçaturyan kimi bəstəkarların klassik musiqisi geniş yer alır.

2001 çoxları tərəfindən dünya tarixinin ən önəmli və nüfuzlu filmlərindən biri hesab olunur. Bəziləri filmi müəmmalı və apokaliptik olaraq şərh etsə də, digərləri filmin insanlığa optimist nöqteyi-nəzərdən baxdığını irəli sürüb. 4 kateqoriyada Oskar nominasiyası alan film Vizual Effektlər kateqoriyasında mükafata layiq görülmüşdür. 1991-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi, və ya estetik cəhətdən əhəmiyyətli" hesab edilən film ABŞ Milli Film Arxivində qorunub saxlanılır.

İstinadlar

redaktə
🔥 Top keywords: