Əjdər Babayev

Əjdər Babayev — Azərbaycanın Milli Qəhrəmanı.

Əjdər Babayev
Əjdər Xalıqverdi oğlu Babayev
Doğum tarixi
Doğum yeriMollacəfərli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (44 yaşında)
Vəfat yeriBakı, Azərbaycan
Vəfat səbəbişəhid
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı4 övlad
Mükafatları"Qızıl Ulduz" medalı

Həyatı

redaktə

1950-ci il 26 avqust Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya (Xətai kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü.

1995-ci il… 13-17 mart hadisələri…Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu.

Ailəsi

redaktə

Evli idi, dörd övladı yadigar qalıb.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respubliksaı prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ağstafa rayonunda dəfn edilmişdir, adına məktəb var.

Ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə