Şimal müharibəsi

Böyük Şimal müharibəsiBaltik dənizi uğrunda Rusiyaİsveç arasında 1700–1721-ci illərdə baş vermiş savaş.

Şimal müharibəsi
Soldan sağa: * Narva döyüşü (1700) * Dauqava döyüşü (1701) * Poltava döyüşü (1709) * Qadebuş döyüşü (1712) * XII Karlın cəsədinin vətənə gətirilməsi (1718)
Soldan sağa:
Tarix22 fevral 1700 — 10 sentyabr 1721
YeriŞimali, MərkəziŞərqi Avropa
Nəticəsi

Anti-İsveç koalisiyasının qələbəsi:

Ərazi dəyişikliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlətlərin məqsədləri redaktə

Rusiya Baltik dənizinə çıxış almağa və onun sahillərində möhkəmlənməyə çalışırdı;

Polşa Finlandiyaya iddia edirdi;

Danimarka Skandinaviya yarımadasının cənubundakı ona məxsus olmuş torpaqları geri qaytarmaq və Şlezviqi özünə birləşdirmək istəyirdi.

Müharibəyə hazırlıq redaktə

Rus çarı I Pyotr Polşa kralı və Saksoniya kürfürstü II Avqust və Danimarka kralı IV Fridrix arasında Şimal ittifaqı adlanan birlik yaradıldı;Rusiya Polşa ilə Ravsk Sazişi imzalayır;Şərti: Pyotr polşalıların şübhələrini aradan qaldırmaq üçün Karlis müqaviləsini təsdiqləyir.Rusiya Danimarka ilə 1699-cu ildə müqavilə imzalayır;İttifaqa Brandenburq kürfüstünü də cəlb etmək nəzərdə tutulmuşdu, amma onun başı ispan mirası ilə bağlı hadisələrə qarışmışdı;Rusiya Osmanlı imperiyası ilə sülh müqaviləsi imzaladı.

Şimal ittifaqının yaradılmasında Rusiyanın məqsədləri redaktə

  • Osmanlıya qarşı mübarizəni davam etdirmək;
  • Yeni müttəfiqlər tapmaq;
  • Baltik sahillərini və ya heç olmasa İnqriya və Koreliyanı ələ keçirmək

Hələ Şimal ittifaqı yaranmamışdan əvvəl İsveçə qarşı başqa bir koalisiya da yaradılmışdı. Həmin koalisiyanın üzvləri

Həmin koalisiyanın Rusiya ilə bağlı planları redaktə

Müharibənin gedişi redaktə

İsveç kralı Danimarkaya qoşun göndərdi, Kopenhageni mühasirəyə aldı və IV Fridrixi sülh bağlamağa məcbur etdiDanimarka və Qolştadt hersoqluğu arasında bağlanmış bütün müqavilələrə riayət etməyi və onun rəqiblərinə kömək göstərməyi öhdəsinə götürdüİsveçlə Saksoniya arasındakı Altranştedt müqaviləsinə görə, sonuncu Polşa taxt-tacından əl çəkdi, Rusiya ilə müqavilədən imtina etdi, Krakovu isveçlilərə təslim etdi, isveç qarnizonlarının Saksoniya şəhərində yerləşməsinə razılıq verdi. Beləliklə, Şimal ittifaqı dağıldı

Rusiya Finlandiya körfəzindəki ərazilərini qoruya bilmək üçün İsveçlə müqavilə imzalamaq istəyir, bunun üçün bir neçə vasitəçi dövlətə müraciət edir:

  • Hollandiya
  • İngiltərə
  • Fransa

Rusların 1709-cu ildə Poltavada parlaq qələbəsi müharibənin gedişini kökündən dəyişdirdi, Şimal ittifaqının bərpasına gətirib çıxardı və Şimal müharibəsini Avropa miqyasında müharibə səviyyəsinə çıxardı.1709-cu ildə Saksoniya, Danimarka və Prussiya öz aralarında antiisveç müqaviləsi ( Köln ittifaq müqaviləsi ) bağladılar. Rus diplomatiyası yaranmış vəziyyətdən ölkə üçün maksimum fayda əldə etməyə çalışdı. I Pyotrla II Avqustun 1709-cu ildə Torunda görüşünün nəticəsi olaraq iki müqavilə imzalandı ( Torun ittifaq müqavilələri )

  • 1.müqavilə

İsveçə qarşı ittifaqın bərpasını sanksiyalaşdırır və gələcəkdə Danimarkanın, Prussiyanın və Reç-pospolitanın ona cəlb olunmasını nəzərdə tuturduRusiya II Avqustun Polşa taxt-tacında bərpa olunmasına kömək etməyi öhdəsinə götürdü.

  • 2.müqavilə

Pribaltikanın müharibədən sonrakı bölünməsinə aid idi və "Əlahiddə gizli artikul" adlanırdıİnqermanlyandiyadan əlavə Revellə birlikdə Estlandiya da həmişəlik Rusiyanın tərkibinə keçəcəkdi II Avqust Liflandiyanı alacaqdıRusiya ilə Danimarkanın müqaviləsi bərpa olunur( Kopenhagen ittifaq müqaviləsi )Danimarka Rusiyanın maliyyə yardımı olmadan İsveçə qarşı müharibəni davam etdirməli və II Avqustun Polşa taxt-tacında bərpa olunmasına dəstək verməli idiBu müqavilə ticarətin və sərbəst gəmiçiliyin bərpası və xarici siyasətdə hərəkətlərin uzlaşdırılması haqqında maddələri özündə əks etdirirdiAntiisveç koalisiyasına müvəqqəti olaraq Prussiya, Meklenburq və Hannover də qoşuldularAntiisveç koalisiyasını müharibənin sonunadək qoruyub saxlamaq mümkün olmadıRusiyanın Baltik dənizi hövzəsində güclənməsinin öz ticarətlərinə təhlükə törədə biləcəyindən qorxan İngiltərə və Hollandiya bu koalisiyanın yaranmasının qarşısını almağa çalışırdılarİsveçin əzilməsinin və Rusiya və Polşanın daha da güclənməsinin qarşısını almaq istəyən Fransa isə Rusiyaya qarşı Türkiyəni qızışdırırPyotr bu vəziyyətdə Osmanlı imperiyasının xristian təbəələri olan Moldoviya və Valaxiya ilə anlaşma imzalayır, beləlikə başlayan Prut döyüşü rusların məğlubiyyəti ilə başa çatırPyotr 1700-cü ildə ələ keçirdiyi torpaqların bir qismindən əl çəkir və Azovu osmanlılara geri qaytarırİngiltərə İsveçin əzəlməsinə göz yummayacağına Pyotra bildirdikdən sonra İngiltərə ilə münasibətlər gərginləşir və Pyotr Fransa ilə ittifaq yaratmağa çalışır. Bu məqsədlə Rusiya, Fransa və Prussiya arasında Amsterdam sazişi imzalanırFransa İsveçlə Rusiya arasında vasitəçiliyi öz üzərinə götürür

Aland sülh konqresi açılır, lakin İsveç kralı XXII Karlın ölümü ilə nəticəsiz qalırİngiltərə diplomatiyasının ağır təzyiqlərinə məruz qalan Danimarka 1720-ci ildə İsveçlə sülh imzalayır, onun ardınca da Prussiya da müqavilə bağlayırAvstriya, İngiltərə və Polşa Vyanada Rusiyaya qarşı anlaşma imzalayır, az sonra Fransa da həmin ittifaqa qoşulurİsveçin tərəfində duran İngiltərə 1720–1721-ci illərdə İsveç sərhədlərinin təhlükəsizliyini qorumaq bəhanəsilə Baltik dənizinə donanma yollayır, məqsəd Rusiyaya ingilis hökumətinin vasitəçiliyini qəbul etdirmək, lakin bu nəticəsiz qalır

Niştadt sülh müqaviləsi redaktə

Şimal müharibəsinə son qoydu və 2 ölkə arasında sülh bərqərar olduİnqermanlyandiyanın mülkiyyəti də, Kareliyanın bir hissəsi, Estlyandiya, Riqa, Revel, Derpt, Narva, Vıborqla birlikdə Liflyandiya, Vıborqdan Riqaya qədər Ezel, Daqo, Moon adaları da daxil olmaqla dəniz sahili Rusiyanın tabeliyinə keçirdiRusiya rus qoşunları tərəfindən tutulmuş Finlandiyanı, 2 milyon yefimk ödəməyi öz üzərinə götürürRusiya I Pyotrın qızı Annanın nişanlandığı Qolştinsk hersoqunun İsveç taxt-tacına iddialarına dəstək verməkdən imtina edirdi

Müharibənin nəticəsi redaktə

Avropada qüvvələr nisbətinə vacib dəyişikliklər gətirdiİsveç böyük dövlət statusunu itirdiRusiyanın beynəlxalq əhəmiyyəti olduqca artdı, o, sahildə birinci dərəcəli limanlar almaqla və Baltik dənizində güclü hərbi donanmaya malik olmaqla böyük Baltik dənizi dövlətinə çevrildiRusiyanın Qərbi Avropa ilə ticarət əlaqələri üçün əlverişli şərait yarandı, onun beynəlxalq siyasətdə artan rolunun ifadəsi I Pyotrun imperator elan edilməsi olduRusiya qitənin şərqində və şimalında üstün mövqeni ələ keçirdi.

İstinadlar redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə