İsambard Kinqdom Brunel

İsambard Kinqdom Brunel (d.4 aprel, 1806 - ö.15 sentyabr, 1859) — İngilis mühəndis

Həyatı

redaktə

Fəaliyyəti

redaktə

İsambard Kinqdom Brunel gəmiqayırmada əsil inqilab etmişdir. 1837-ci ildə onun düzəltdiyi "Qreyt Vestern" gəmisi o dövrdə dünyanın ən böyük gəmisi olmuşdur. Bu həm də Atlantikaya müntəzəm gediş-gəliş edən bir sərnişin gəmisi oldu. Brunnelin "Böyük Britaniya" adlı digər gəmisi böyük bir vintlə hərəkətə gətirilirdi. Bu vint dəmirdən hazırlandığı üçün çox möhkəm idi. Brunelin ən böyük gəmisi isə "Qreyt İstern" idi. Hər cür şəraitə malik olan bu gəmi 4000 sərnişini İngiltərədən Avstraliyaya aparıb-gətirmək üçün lazım olan kömür ehtiyatını daşımaq qabiliyyətinə malik idi. Gəmi 1858-ci ildə suya salındığı zaman hay-küy qopdu. Məlum oldu ki, gəminin hazırlanması çox baha başa gəlmişdir. Tezliklə iflasa ugramış Brunel vəfat etdi. 30 il sonra gəmi hərrac yolu ilə satıldı[1].

İstinadlar

redaktə
  1. "İlk paraxoddan sualtı qayığa — sabuncu.libmks.az saytı". 2014-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-09.