Fars körfəzi pro-liqası

Fars körfəzi Pro-liqası
(İran milli futbol çempionatı səhifəsindən istiqamətləndirilmişdir)


Fars körfəzi pro-liqası (fars. لیگ برتر خلیج فارس‎), eləcə də İran pro-liqası (İPL) (fars. لیگ برتر فوتبال ایران‎) — İranın peşəkar futbol liqası.

Ölkəİran İran
KonfederasiyaAFC
Açılış ili1970
Komandaların sayı16
Liqalar sistemində səviyyə1
Aşağı liqaAzadegan Ligasi
Digər kubok(lar)Həzfi Kuboku
İran Superkuboku
Beynəlxalq kubok(lar)AFK Çempionlar Liqası
Son çempionPersepolis (14 dəfə)
Ən uğurlu komandaPersepolis (14 dəfə)
Veb səhifəsiwww.iranleague.ir

Tarixi redaktə

1973-cü ildən etibarən İranda "Cəmşid kuboku" adlı milli futbol çempionatı keçirilirdi. Amma bu çempionatın 1978/1979-cu illər mövsümü İranda islam inqilabı baş verməsi səbəbi ilə yarımçıq qalmışdır. 1980-ci ildə başlayan İran-İraq müharibəsi isə ölkədə futbol çempionatının keçirilməsini daha 10 il müddətinə qeyri-mümkün etmişdir. İran futbol çempionatı 1989/1990-cı illər mövsümündə "Kods Liqa" adı ilə yenidən fəaliyyətə başlamışdır. 1992-ci ildən etibarən yüksək liqa "Azadegan liqası" adlanıb. 2001-ci ildə isə "Azadegan liqası" adı 1-ci liqaya verilib və İranın yüksək futbol liqası "Pro Liqa" adlandırılıb.

Reqlament redaktə

Çempionat payız-yaz sistemi olmaqla iki dövriyyədə keçirilir. Nəticələrə uyğun olaraq üç ən pis nəticə göstərmiş komanda birinci liqaya düşür.

Çempionlar siyahısı redaktə

İranda futbol çempionatları keçirilməyə başlanandan bu dövrə qədər ən çox çempion adına üç Tehran komandası - Persepolis, İstiqlal (1979-cu ilə qədər "Tac" adı altında çıxış edib) və "Pas" (2008-ci ildən komanda Həmədan şəhərini təmsil edir) layiq görülüblər.

MövsümÇempionGümüş mükafatçıBürünc mükafatçı
1970/1971Tac (İstiqlal)PasTac Abadan
1971/1972PersepolisPasTac (İstiqlal)
1973/1974PersepolisTac (İstiqlal)Pas
1974/1975Tac (İstiqlal)PersepolisHoma
1975/1976PersepolisHomaTac (İstiqlal)
1976/1977PasPersepolisŞəhbaz
1977/1978PasPersepolisMələvən
1978-19891979 İnqilab və İran-İraq müharibə səbəbiylə, tutula bilmədi.
1989/1990İstiqlalPersepolisMələvən
1991/1992PasİstiqlalPersepolis
1992/1993PasPersepolisTraktor Sazi
1993/1994SaypaPersepolisCənub
1994/1995SaypaİstiqlalPersepolis
1995/1996PersepolisBəhman (Peykan)İstiqlal
1996/1997PersepolisBəhman (Peykan)Sepahan
1997/1998İstiqlalPasZobahən
1998/1999PersepolisİstiqlalSepahan
1999/2000PersepolisİstiqlalMüqavimət (Fəcr)
2000/2001İstiqlalPersepolisSaypa
2001/2002PersepolisİstiqlalFulad
2002/2003SepahanPasPersepolis
2003/2004PasİstiqlalFulad
2004/2005FuladZobahənİstiqlal
2005/2006İstiqlalPasSaypa
2006/2007SaypaİstiqlalPersepolis
2007/2008PersepolisSepahanSəba
2008/2009İstiqlalZobahənMes
2009/2010SepahanZobahənİstiqlal
2010/2011SepahanİstiqlalZobahən
2011/2012SepahanTraktorİstiqlal
2012/2013İstiqlalTraktorSepahan
2013/2014FuladPersepolisNəft Tehran
2014/2015SepahanTraktorNəft Tehran
2015/2016İstiqlal XuzistanPersepolisİstiqlal
2016/2017PersepolisİstiqlalTraktor
2017/2018PersepolisZobahənİstiqlal
2018/2019PersepolisSepahanİstiqlal
2019/2020PersepolisİstiqlalFulad
2020/2021PersepolisSepahanİstiqlal

Xarici keçidlər redaktə