Çak Norris

Çak Norris (ing. Chuck Norris, əsl adı Karlos Rey Norris (kiçik), ing. Carlos Ray Norris Jr.; 10 mart 1940[1][2]) — Amerika kinoaktyoru və döyüş növləri ustası, Hollivud ulduzu, qardaşı Aaron Norrisin döyüş filmlərində əsas rolların ifaçısı.

Çak Norris
ing. Chuck Norris
Doğum adıCarlos Ray Norris
Doğum tarixi10 mart 1940(1940-03-10)[1][2] (84 yaş)
Vətəndaşlığı
Fəaliyyətikino aktyoru, yazıçı, ssenarist, aktyor, televiziya aktyoru, karateçi, taekvondoçu, film prodüseri, kaskadyor
Fəaliyyət illəri1968-ci ildən
Boyu1,74 m
Çəkisi72 kq
IMDbID0001569
{{{imzanın izahı}}}
chucknorris.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Əsl adı Karlos Rey Norris olan Çak Norris 1940-cı ildə ABŞ-nin Oklahoma ştatının Rayan şəhərciyində doğulub. Norrisin atası avtomexanik olub və gələcək aktyorun ailəsi kasıbçılıqla yaşayıb. Onların daimi yaşayış yeri olmayıb, anası və iki balaca qardaşı ilə qalan Norris yarısəfil ömür sürüb. Sonradan valideynləri boşandıqdan sonra ailəyə yeni başçı gəlib. Məhz ögey atası Corc Nayt Çak Norrisin idmanı ehtiraslı sevməsinin səbəbkarı olub.

Orta məktəbi başa vurduqdan sonra Karlos Hərbi Hava Qüvvələrinin sıralarına yazılıb. O, 1959-cu ildə 3-cü dərəcəli pilot kimi Koreyaya göndərilib. Hərbi bazada onu Çak adlandırmağa başlayıblar. Məhz orada Şərq mədəniyyəti və dini ilə tanış olan Norrisdə şərq əlbəyaxa döyüş növləri – karate, Dzü-dotaekvondoya maraq yaranıb. 3 il davam edən hərbi xidməti dövründə o, qara kəmər sahibi olub. Ordudan tərxis olunduqdan sonra Çak Los-Ancelesdə karate məktəbləri şəbəkəsi açıb. Norrisin yarışlarda qələbələr seriyası isə 1965-ci ildə həmin şəhərdə "Bütün ulduzların çempionatı"ndan başlayıb. 3 il sonra o, orta çəkidə peşəkar karate üzrə dünya çempionu titulunu əldə edib. Çak bu titulu ardıcıl 7 il qoruyub və idmandan məğlubiyyətsiz gedib. Norris Qərb yarımkürəsində taekvondo sistemi üzrə 8-ci dərəcəli qara kəmərə layiq görülən ilk idmançı, eləcə də Ümumdünya Təkbətək Döyüş Liqasının (World Combat League) banisi və prezidentidir.

Çak Norris çoxsaylı teleşouların yaradıcısı olmaqla yanaşı, öz jurnalını nəşr etdirir, bir neçə kitabın müəllifidir. ABŞ-də onun aktyorluq işi çoxdan ikinci plana çəkilib. Hazırda Norris milli miqyasda xristian missioneridir. Çoxsaylı dini təşkilat və fondlarda üzvlüklə yanaşı, Çak populyar "World Net Daily" saytında bir bölümə rəhbərlik edir. Həmin bölümün əsas mövzusu İncil və xristianlığın ABŞ-də fəal təbliğatından ibarətdir.

Film karyerası redaktə

Müəllim kimi peşəkarlığı və gurultulu idman titulları sayəsində Çakın məktəbi Los-Anceles sakinləri arasında böyük populyarlıq qazanıb. Sakinlər arasında dünya kinosunun bir çox məşhur şəxsləri də olub. İdman uğurlarının pik nöqtəsinin arxada qaldığını anlayan Çak Norris yeni fəaliyyət sahəsi axtarıb və istədiyini kinematoqrafiyada tapıb. Çak dünya kinosunda karyerasına dostu və sparrinq-tərəfdaşı, məşhur Brüs Li sayəsində başlayıb. Məhz Li Norrisi 1972-ci ildə "Əjdahanın qayıdışı" filmində çəkilməyə dəvət edib. Çakın ifası diqqətsiz qalmayıb, hər iki idmançının iştirak etdiyi döyüş səhnəsi isə bu gün də karate filmləri klassikasından sayılır. Kinoda çəkilmək Norrisin xoşuna gəlib. Lakin effektli debütdən sonra o, yalnız bir təklif alır ki, bu da "San-Fransiskoda qətliam" adlı Honkonq döyüş filminə təsadüf edib. Norris yenə "pis oğlan" rolunu oynayıb, filmin özü isə o qədər uğursuz alınıb ki, onu uzun müddət ekranlara buraxmayıblar. Peşəkar aktyorlarla ünsiyyət zamanı Çak aktyor sənətinin nə qədər çətin olduğunu anlayıb. Nəticədə o, aktyorluq sinfinə daxil olub. 34 yaşlı karateçi sinfinin ən yaşlı şagirdi sayılıb.

1977-ci ildə kinoya qayıdan Norris "Dağıdıcı" döyüş filmində rol oynayıb və tezliklə "Cannon Pictures" firmasının filmlərinin ulduzuna çevrilib. 1993-cü ildə "CBS" telekanalı ona Texas reynceri (gözətçisi) Uoker rolunu oynamağı təklif edib. Çak Norris bununla razılaşıb. Brüs Linin vaxtsız ölümündən sonra "karate filmləri" janrında boşluq yaranıb. Bu vakuumu Norris doldurmalı olub. Alçaqboy, enlikürək sarışın, o qədər də gözəl olmayan, amma cəlbedici sarışın dərhal amerikalı tamaşaçının zövqünə uyğun gəlib.

Kinoda 30 ildən çox fəaliyyəti dövründə Norris 55-dən çox filmdə çəkilib. Onlardan "Qızıl məbəd", "Yaxşı oğlanlar qara geyinir" və "Dağıdıcı" filmləri diqqəti o qədər də cəlb etməyib. Amma "Oktaqon", "İtkin düşənlər", "Delta əməliyyatı", "Qeyri-adi Uoker: Texassayağı ədalət", "Əjdahanın qayıdışı", "Sükut kodeksi", "Göz-gözə, diş-dişə", "Tənha canavar Mak Kveyd", "Alovda qaçan" filmləri isə geniş populyarlıq qazanıb.

Xeyriyyəçilik redaktə

1990-cı ildə Çak Norris rəfiqəsi Cina ilə birgə "Narkotikləri Amerikadan qov" adlı fond yaradıb. Bu fond uşaq və yeniyetmələrin narkotik asılılığından qurtulmasına kömək edir. 2006-cı ilin sentyabrında Çak və Cina orta məktəbdə İncilin öyrənilməsi üzrə Amerika Milli Şurasının idarə heyətinə daxil olublar. Təşkilatın əsas missiyası İncilin ABŞ məktəblərində mütləq öyrənilməsinə nail olmaqdan ibarətdir. Lakin hələlik bu, baş vermədiyindən, Şura pulla tutulmuş pedaqoqların dərs keçdiyi İncil kurslarını aparır.

Şəxsi həyatı redaktə

1993-cü ildə Çak Norris "Qeyri-adi Uoker: Texassayağı ədalət" filminin çəkiliş meydançasında gənc aktrisa Cina O Kelli ilə tanış olur. O Kelli Norrisin hazırkı həyat yoldaşıdır. Onlar 28 noyabr 1998-ci ildə nikaha giriblər. 1959-cu ildə isə Çak sinif yoldaşı Diana Xoloçeklə evlənib. Onların nikahı 30 il davam edib.

Çak Norris 5 uşaq atasıdır. Övladlarından 3-ü ilk nikahındandır. İkinci həyat yoldaşı isə 2001-ci ildə Dakota adlı oğlan və Daniel adlı qızdan ibarət əkiz övladlar dünyaya gətirib. Norris böyük oğlanları ilə dostluq əlaqələrini saxlayır. Onlardan biri kinolardan tryukların quruluşçu rejissorudur. Çakın qardaşı Aaron Norris isə kinorejissordur.

2020-ci ilin dekabrında Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsi ilə əlaqədar video mesaj yazdı:

"Qarabağ, sən indi əsl ailənlə birlikdə xoşbəxtsən!. Yalnız bil ki, Chuck Norris təsdiqləyir! Həmişə təhlükəsizlikdə olmağı və hər şeyin ən yaxşısını arzu edirəm!"

Filmoqrafiya redaktə

Çak Norris karate təlimatçısı (1976)
İlFilmRol
1972Əjdahanın qayıdışıKolt
1973Müəllim-tələbəKarate təlimçisi
1977Qayda pozan! Qayda pozan!Con Devid
1978Yaxşı oğlanlar qara geyinirCon Buker
1979Təkin qüvvəsiMatt Loqan
1980OktaqonSkott Ceyms
1981Gözə gözSin Ken
1984İtkin düşmüşlərKol Ceyms Breddok
1985İtkin düşmüşlər 2: BaşlanğıcKol Ceyms Breddok
1985Sükut kodeksiEddi Kusak
1986Alovda yürüyənMaks Doniqan
1986Delta dəstəsiKolt
1988Breddok: İtkin düşmüşlər 3Kolt Ceyms Breddok
1991Muzdlu qatilKliff Karret
1992Cüt zərbəÇak Norris
1994Cəhənnəm törəməsiFrenk Şetter
2012Qabağıalınmazlar 2Uoker

İstinadlar redaktə

  1. 1 2 Chuck Norris // GeneaStar.
  2. 1 2 Chuck Norris // Munzinger Personen (alm.).

Xarici keçidlər redaktə