Fikrət Əmirovun əsərlərinin siyahısı

Fikrət Əmirovun yaratdığı əsərlərin siyahısı — Azərbaycanlı bəstəkar, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı , Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirovun əsərlərinin verildiyi ümumi bir siyahı. Fikrət Əmirov 1942–1984-cü illərdə fəaliyyət göstərmiş, bu illər ərzində opera, simfoniya, simfonik muğam, konsert üslublarında əsərlər yaratmışdır. O, bir çox orkestr üçün bəstələr, kamera əsərləri, uşaq mahnıları, biblioqrafiyalar yazmışdır.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədən anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir HacıbəyovBoris Zeydmanın sinfində bitirib. Gəncə Dövlət FilarmoniyasıMüslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir.

Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələmişdir. Bəstəkarın "Sevil" operası, "Min bir gecə", "Nəsimi dastanı", "Nizami" baletləri, "Şur", "Kürd Ovşarı", "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamları, "Nizami" simfoniyası, "Azərbaycan kapriççiosu", skripka və fortepiano üçün "Muğam-poema"sı, suitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli əsərlərindəndir.

Səhnə musiqi sahəsindəki fəaliyyətinə "Ürəkçalanlar" və "Gözün aydın" operattaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorları G. Rojdestvenski, K. Abendrot, Ş. Münş və L. Stokolovskinin dirijorluğu ilə ifa olunub. 1948-ci ildə "Şur" və "Kürd ovşarı" simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-nin konsert salonlarında səsləndirilib.

1950-ci ildə dörhissəli "Azərbaycan" simfonik süitasını bəstələyən Fikrət Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan "Sevil" operasını yazır. Bu operaya 1953-cü il oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ictimai baxış keçirilir.

Bəstəkarın geniş yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifidir. 1970-ci illərdə "Nəsimi" vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün "Azərbaycan qravürləri"ni, "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamını, "Min bir gecə" nağılları əsasında eyniadlı balet yazır. 1984-cü ilin yanvarında "Nizami" baletini tamamlayır. Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

İstinadlar

redaktə