Vladimirski kilsəsi (Sankt-Peterburq)

Vladimirski kilsəsi (rus. Владимирский собор) - Peterburqda fəaliyyət göstərən pravoslav kilsə, Vladimirski prospekti ev № 20 yerləşir. Kilsə Rusiyada ən çox ehtiram edilən ikonaya - Vladimir müqəddəs Ana ikonasına həsr olunmuşdu.

Vladimirski kilsəsi
Владимирский собор
Xəritə
59°55′41″ şm. e. 30°20′54″ ş. u.
Ölkə Rusiya
Şəhər Sankt-Peterburq
YerləşirVladimirski prospekti
Layihə müəllifiXristian Lüdviq Knobel (?)
Pyetro Trezini (?)
Cakomo Kvarengi
Avraam Melnikov
Frans Ruska
Aleksandr Qolm
MemarRastrelli
Tikilmə tarixi1761-1769
ÜslubuBaroko üslubundan klassisizmə keçid
Materialkərpic
Rəsmi saytvladimirsobor.spb.ru
İstinad nöm.7810504000
Mühafizə dərəcəsiFederal
Pavel kafedralıı (Sankt-Peterburq)
Pavel kafedralıı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məbəd Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı mitropolit Vladimir (Kotlyarov), kilsə açardarı isə protoierey Georgi Şmidtir.

Tarix redaktə

"Vladimirski kilsəsi", rəssam Ferdinand Viktor Perro (1841)

Vladimir kilsəsi ehtimal olaraq 1761-ci ildən 1769-cu ilə qədər Peterburqun Bazar Meydanında, memar Kristian Knobel və ya Pyetro Antonio Trezininin layihəsi əsasında eyniadlı və 1747-ci ilə aid taxta məbədin yerində inşa edilmişdir.

Kilsə 1783-cü ildə təqdis olunmuşdu.

1791-ci ildə memar Cakomo Kvarengi ayrıca duran ikiyaruslu zəng gülləsinin tikinti işlərini bitirdi.

18301831-ci illərdə memar Avraam Melnikov tərəfindən kilsə pritvoru ucaldılmışdı.

1848-ci ildə memar Frans Ruska zəng gülləsinə daha bir yarus əlavə edir, 18501853-cü illərdə isə o kilsəyə yeni ibadətgah və hasar inşa etdirir.

1865-ci ildən Vladimirski kilsəsinin nəzdinə daxil olan yetimxanaya və qadın düşkünxanasını ehtiva edən xeyriyyəçilik cəmiyyəti fəaliyyət göstərirdi.

18831885-ci illərdə memar Aleksandr Holm tərəfindən kilsənin künclərində əlavə tikililər inşa olunmuşdu.

18871888-ci illərdə keçirilmiş restavrasiya işlərindən sonra Rusiyanın vəftizliyinin 900 illiyi şərəfinə kilsədə təntənəli şəkildə ilahi nəğmələr oxunmuşdu.

1828-ci ildə Arina Rodionovnanın (Aleksandr Puşkinin dayəsi) ölümü səbəbindən Vladimirski kilsəsində ölü duası oxunmuşdu. Kilsə prixoduna mənsub tanınmış ədəbiyyatçılar sırasında Fyodor Dostoyevskinin adını xüsusilə qeyd etmək olar. Hazırda bu dahi yazıçının xatirəsinə kilsədə hər il panixida oxudulur.

1932-ci ildə Vladimirski kilsəsi bağlanılır, onun yerləşdiyi binada isə «Lenmaşuçyot» fabriki yerləşdirilir.

1989-cu ilin avqust ayında kilsə möminlərə yenidən qaytarılır və 7 aprel 1990-cı ildə daxili təmir işlərindən sonra ikinci dəfə təqdis olunur. Ümumilikdə isə kilsənin restavrasiya işləri hələ uzun illər davam etdi.

2000-ci ilin may ayında isə kilsəyə "Kafedral" statusu verilmişdi.

Memarlıq redaktə

Beşgünbəzli məbəd özündə barokko memarlıq üslubundan klassisizmə bir keçid təşkil edir və onun daxilinə yuxarı (soyuq) müqəddəs Vladimir və aşağı (isti) müqəddəs İoann Damaskin kilsərini birləşdirir. Hazırda ibadət işləri yalnız yuxarı məbəddə aparılır.

Mərkəzi günbəzin yelkən və ya pandativ adlanan hissəsi yevangelistlərin heykəlləri ilə bəzədilmişdi. Yuxarı məbəddə 1808-ci ildə Aniçkov sarayının kilsəsindən buraya gətirilmiş, XVIII əsrə aid ikonostas qorunub saxlanılır. Aşağı məbədin tavanı bir zamanlar nəfis naxışlarla örtülmüşdür. XX əsrin ortalarında naxışlar ikonostas ilə birlikdə həmişəlik itirilmişdi.

Ruhanilər redaktə

Tarix boyu Kafedralın bütün başçıları
TarixKafedralın başçısı
1746-…keşiş Qriqori Matveyev
176320 oktyabr (1 noyabr) 1770keşiş İoann Kirikov (…—1770)
17701783keşiş Yakov İoannoviç Qrayevski
17831789protoierey Yakov İllarionov (…—1789)
17891798keşiş Filipp Vasilyev
17901808keşiş İoann Feodoroviç Başilov
18081810protoierey İoann Nikitiç Qolubev
18101825protoierey Pavel Petroviç Sviyazyev (…—1825)
18261831protoierey Simeon Yakovleviç Platonov (…—1831)
183122 yanvar (3 fevral) 1864protoierey Mixael Nikitiç Mallein (1788—1864)
18641892protoierey Aleksandr Nikolayeviç Sokolov (1817—1903)
18921893protoierey Dimitri Aleksandroviç Priselkov (…—1909)
18931895
18951902protoierey Nikolay Mixayloviç Viroslavski
19021903protoierey Dimitri Aleksandroviç Priselkov (…—1909)
19041917protoierey Aleksandr Aleksiyeviç Vladimirski
1917iyun 1922protoierey Pavel Antoniyeviç Kedrinski (1863 — 1935-ci ildən sonra)
oktyabr 1922avqust 1923protoierey İoann Yakovleviç Sokolov
avqust 1923iyun 1932protoierey Pavel Antoniyeviç Kedrinski (1863 — 1935-ci ildən sonra)
19321990məbəd fəaliyyət göstərmirdi
1990mitropolit Aleksiy (Ridiger)
19901995mitropolit İoann (Snıçev)
1996 - bu günə kimimitropolit Vladimir (Kotlyarov)

Xarici keçidlər redaktə