Viqlər Partiyası (ABŞ)

Viqlər partiyası — 1832—1856-cı illərdə mövcud olmuş Birləşmiş Ştatların siyasi partiyası. Partiya Milli Respublika Partiyası, Antimason Partiyası və digər kiçik anticeksonist partiyaların koalisiyası əsasında Endrü CeksonDemokrat Partiyasına qarşı müxalifət olaraq yaradıldı. Xüsusilə viqlər konqresin icra hakimiyyəti üzərində üstünlük təşkil etməsini dəstəkləyirdi, müasirləşdirmə və iqtisadi proteksionizm proqramını təbliğ edirdi. Partiya uzun müddət Amerika siyasətinin iki partiya sistemində yer alırdı.

Viqlər Partiyası
Loqonun şəkli
Qurucu
Quruluş tarixi1834
Dağılma tarixi1860
Baş qərargah
İdeologiyaParlamentar rejim
İdeoloji spektrmərkəz sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Partiyanın adı, Amerika İnqilabı zamanı Britaniya metropoliyasına qarşı mübarizə aparan amerika vətənpərvərlərinin ləqəbindən götürülüb, o vaxtı viqlər (Britaniyanın Viqlər partiyası adından) deyə avtoritar hakimiyyətə qarşı çıxan insanlara deyilirdi. Viqlər Partiyası görkəmli üzvləri arasında Daniel Uebster, Vilyam Henri Harrison və onların daimi lideri Henri Kley yer alırlar. Avraam Linkoln İllinoysda viqlərin lideri idi.

Xarici keçidlər redaktə