Vikipediya:Həftənin seçilmiş məqaləsi/41. Həftə 2020

Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi. Müharibə getdikcə keçmiş SSRİ respublikaları olan AzərbaycanErmənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzun çəkən, elan edilməmiş müharibə aparırdılar. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur.

Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər. (Davamı...)