Vikipediya:Bilirsinizmi/52. Həftə 2014
Vikipediya məqalələrindən
![Jül Vern](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/77/F%C3%A9lix_Nadar_1820-1910_portraits_Jules_Verne.jpg/120px-F%C3%A9lix_Nadar_1820-1910_portraits_Jules_Verne.jpg)
- Jül Vernin 1863-cü ildə yazdığı XX əsrin Parisi kitabında o vaxt mövcud olmayan avtomobillər, faks və elektrik stulu ətraflı şəkildə təsvir edilib. Lakin naşir, yazıçını ağıldan kəm adlandıraraq, əlyazmanı geri qaytarıb.
- Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr 1804-cü ildə Aleksandr Hamiltonla duel mübarizəsi nəticəsində ağır yaralanmışdır. Aaron Burrun dueldə iştirak etməsi səbəbindən Demokratik Respublika partiyası Aaron Burrun yox, Ceyms Medisonun namizədliyini irəli sürmüş və o seçkidə qalib gəlmişdir.
- İspaniyalı səyyahı və konkistador Xuan Ponse de Leon 1521-ci ildə Florida sahillərinə səyahət zamanı gözlənilmədən kalusaların hücumuna məruz qalmış və silahlı mübarizə zamanı oxla çiynindən vurulmuşdur. Hadisədən 8 gün sonra Havanaya qayıdan Leon burada vəfat etmişdir. Onun ölüm səbəbi kimi oxda olan zəhər göstərilmişdir.
- Mərkəzi Asiyanın tarixi Türkistan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintszyan-Uyğur Muxtar Rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İran aid edilir.
- Balı yaşyarımdan kiçik körpələrə yedirtmək olmaz. Onların mədə-bağırsaq sistemi botulizm xəstəliyi yarada bilər.
- Qədim yunan tarixçisi Herodotun "Tarix" əsəri antik mədəniyyət üçün böyük qiymətə malik idi. Bu əsərinə görə, Siseron onu "tarixin atası" adlandırmışdı.
🔥 Top keywords: Ana səhifəAzərbaycan Xalqının Milli Qurtuluş GünüFayl:Jön Türk Komitesi 1909.jpgUEFA Avro 2024Xüsusi:AxtarQurban bayramıAzərbaycanXüsusi:SonDəyişikliklərHeydər ƏliyevAzərbaycanın dövlət bayramları və xüsusi günləriUEFA Avropa ÇempionatıRöya AyxanSon zəngGənc türklərAzərbaycan əlifbasıŞotlandiya14 iyunKateqoriya:Kişi adlarıMorze əlifbasıİkinci Qarabağ müharibəsiUEFA Avro 2020İsgəndər HəmidovKarles PuçdemonBakıƏdliyyə Nazirliyi (Azərbaycan)Azərbaycanın inzibati bölgüsüStandart meyillənməİlham ƏliyevQarabağ Universiteti15 sentyabrSuçiçəyiƏləkbər Cahangirovİslamda oral seksƏlifbaAlmaniyaSəbzəli CavadovKateqoriya:Əlifba sırasına görə futbolçularZaur MikayılovAzərbaycan manatı