Vikipediya:Bilirsinizmi/50. Həftə 2016
- Səfəvilər dövlətinin IX hökmdarı Sultan Hüseynin hakimiyyəti dönəmində Fransaya səfir kimi göndərilən Məhəmməd Rza Bəy Qərbi Avropada, Şərqlə bağlı ədəbi fikirlərin formalaşmasına önəmli təsir etmişdir.
- Azərbaycan polyaklarından olan məşhur mesenat Vitold Zqlenitski xeyriyyəçilik fəaliyyətləri səbəbindən xalq arasında Polşalı Nobel təxəllüsünü almışdır.
- Bakıda anadan olmuş yəhudi əsilli qadın pianoçu Bella Davidoviç SSRİ-ni tərk etdikdən sonra belə imperiya ərazisinə qayıdıb, burada konsert verməsinə icazə verilən yeganə qadın sənətçi olmuşdur.
- Hollandiyanın şimalında yerləşən Teksel adasında Gürcü legionunun əsgərləri Vermaxta qarşı üsyana qalxaraq 45 gün döyüşmüşdür. Hadisə müharibə ədəbiyyatlarında Avropa cəbhəsində son döyüş olaraq xatırlanır.
- Azərbaycanda yaşayan alman icmasına məxsus Lüteran kilsəsini müəllifi kimi tanınan, alman memar Adolf Eyxler 1911-ci ildə Bakı şəhərində naməlum səbəbdən intihar etmişdir.
- Estonların Cənubi Qafqazda kompakt yaşadığı yeganə kənd Gürcüstanın Abxaziya bölgəsində yerləşən Psou kəndidir.
🔥 Top keywords: Azərbaycan Xalqının Milli Qurtuluş GünüAna səhifəQurban bayramıUEFA Avro 2024Xüsusi:AxtarAlbaniyaXüsusi:SonDəyişikliklərAzərbaycanFayl:Jön Türk Komitesi 1909.jpgBayram namazıHeydər ƏliyevUEFA Avropa ÇempionatıAygün KazımovaQaşıq seks pozasıÇingiz MustafayevUEFA Avro 2020Qarabağ Universitetiİsgəndər HəmidovAzərbaycanın dövlət bayramları və xüsusi günləriAzərbaycan əlifbasıKateqoriya:Kişi adlarıGənc türklərƏləkbər CahangirovMorze əlifbasıKarles PuçdemonƏbülfəz ElçibəyKateqoriya:Əlifba sırasına görə futbolçularRöya Ayxan15 sentyabrİlham ƏliyevBakıXəzər dəniziXüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)XorvatiyaHüseyn Dəryaİslamda oral seksVikipediya:Kənd meydanı15 iyun16 iyun