Vasili Əliyev

Vasili Əhməd oğlu Əliyev (15 yanvar 1959, Qubadlı20 oktyabr 1992, Dağlıq Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Vasili Əliyev
Vasili Əhməd oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQubadlı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (33 yaşında)
Vəfat yeriTopağac yüksəkliyi
Vəfat səbəbiŞəhidlik
Dəfn yeriQubadlı, Azərbaycan
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
MilliyyətiAzərbaycanlı
UşaqlarıElmir Əliyev
Zülfiyyə Əliyeva
AtasıƏhməd Əliyev
AnasıVera Qirqoryevna
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri"Qızıl Ulduz" medalı

Həyatı

redaktə

Vasili Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edirdi.

Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasili ilk gündən özünü qızğın döyüş yerlərinə atırdı. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə "Azərbaycan milli qəhrəmanı" adına layiq görüldü.

Qubadlının şəhidlər xiyabanında uyuyan Vasili Əhməd oğlu Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları hər gün hörmətlə yad edilir. Onun övladları bir qızı və bir oğlu ataları ilə fəxr edirlər.

Şəxsi həyatı

redaktə

Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.

İstinadlar

redaktə