Tavrida sarayı

Tavrida sarayı (rus. Таврический дворец) — knyaz Qriqori Aleksandroviç Potyomkinin Peterburq iqamətgahı. Saray 1783-1789-cu illərdə memar İvan Starovun layihəsi əsasında rus klassisizmi üslubunda inşa olunmuşdur. Saray Tavrid və Potyomkin küçələri ilə kəsişən Şpaler küçəsindədir, onun arxasında isə eyniadlı park yerləşir. Hazırda Tavrida sarayı Müstəgil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının qərargahı sayılır. Binada həmçinin «Mir» teleyayım şirkətinin Peterburq filialı yerləşir.

Tavrida sarayı
Таврический дворец
Xəritə
59°56′52″ şm. e. 30°22′33″ ş. u.
Ölkə Rusiya
Şəhər Sankt-Peterburq
YerləşirSankt-Peterburq
AidiyyatıMDB Parlamentlərarası Assambleyasının qərargahı
Memarİvan Yeqoroviç Starov
Sifarişçiknyaz Qriqori Aleksandroviç Potyomkin
Tikilmə tarixi1847 - 1848
ÜslubuRus klassisizmi
İstinad nöm.7810689000
Mühafizə dərəcəsiFederal
Tavrida sarayı (Sankt-Peterburq)
Tavrida sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tavrida sarayının kompleksi redaktə

Mərkəzi küçədən alçaq hasarla ayrılmış həyətin daxilində altı sütunlu eyvan və alçaq dəf üzərində yerləşən yastı günbəzlə bəzədilmiş iki mərtəbəli bina yerləşir. Hamar divarları hündür pəncərələr kəsir; sarayın triqlif frizi isə sərt antamblement ilə tamamlanır. Binanın əsas korpusu bir mərtəbəli qalereyalarla və künc ikimərtəbəli binalar ilə birləşir.

İstinadlar redaktə

Xarici keçidlər redaktə