Rio-de-la-Plata vitse-krallığı

Rio-de-la-Plata vitse krallığı (isp. Virreinato del Río de la Plata) — İspaniyanın Cənubi Amerikada yerləşən vitse krallığı. Bu krallığa günümüzdə mövcud olan Argentina, Uruqvay, ParaqvayBoliviya kimi dövlətlərin ərazisini təşkil edirdi. 1776-cı ildə Peru vitse krallığından ayrılması nəticəsində meydana gəlmişdir. Öz mövcudluğunu 1810-cu il may ayına qədər qoruya bilmişdir. O dönəmdə siyasi və ictimai hadisələrin nəticədində vitse kral hakimiyyətdən uzaqlaşdırılmışdır. Bu hadisə tarixə may inqilabı kimi düşmüşdür. Paytaxtı —Buenos Ayres, Montevideo.

Tarixi dövlət
Rio-de-la-Plata vitse-krallığı
Virreinato del Río de la Plata
BayraqGerb
BayraqGerb
Himn: Marcha Real
 
 
 

PaytaxtBuenos-Ayres
Rəsmi dilləriispanca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rio-de-la-Plata vitse krallığının vitse kralları

redaktə
ŞəkilVitse-kralVəzifəyə gəlibVəzifədən gedib
1 Pedro de Sebalos15 oktyabr 177712 iyun 1778
2 Xuan Хоse de Vertis və Salsedo12 iyun 17787 mart 1784
3 Nikolad del Kampo7 mart 17844 dekabr 1789
4 Nikolad de Arredondo4 dekabr 178916 mart 1795
5 Pedro Melo de Portuqal və Vilena16 mart 179515 aprel 1797
6 Antonio Olaquer Feliu2 may 179714 mart 1799
7 Qabriel de Aviles
markiz de Aviles
14 mart 179920 may 1801
8 Xoakim del Pino və Rosas20 may 180111 aprel 1804
9 Rafael Sobremento23 aprel 180410 fevral 1807
10 Santyaqo dr Liners10 fevral 180730 iyun 1809
11 İdalqo Baltasar de Sisneros30 iyun 180925 may 1810
12 Fransisko Xaver de Elio
Montevideo
12 yanvar 181118 noyabr 1811

Mənbə

redaktə